“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 689; 2001, № 11, maddə 677; 2002, № 5, maddə 237; 2003, № 6, maddə 273, № 8, maddə 419; 2004, № 7, maddə 522, № 10, maddə 784, № 12, maddələr 982, 987; 2005, № 4, maddə 283, № 10, maddə 884; 2007, № 3, maddə 212, № 11, maddə 1051; 2008, № 5, maddələr 346, 347, № 8, maddə 708, № 11, maddə 959; 2009, № 4, maddə 214, № 7, maddələr 503, 511, № 10, maddə 770, № 12, maddə 963; 2010, № 7, maddə 605, № 11, maddələr 942, 943, 961; 2011, № 3, maddə 166, № 7, maddə 613; 2012, № 2, maddə 54, № 3, maddə 192, № 6, maddə 525, № 9, maddə 840, № 11, maddə 1059; 2013, № 3, maddə 233, № 6, maddə 597; № 11, maddələr 1262, 1263; № 12, maddə 1490; 2014, № 5, maddə 463, Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 978-IVQD nömrəli Qanunu) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. “Xəzər rayonu” bölməsinin 1.2.4-cü sırası ləğv edilsin.
2. “Pirallahı rayonu” bölməsinə aşağıdakı məzmunda 1.12.3-cü sıra əlavə edilsin:
“1.12.3. Gürgən bələdiyyəsi – Gürgən qəsəbəsi”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2014-cü il.
19 Noyabr 2014, 09:1118 Mart 2016, 09:03
Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə qoşulmaq haqqında ətraflı...
18 Mart 2016, 09:03
O.S.Sultanova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında ətraflı...
18 Mart 2016, 09:03
İ.M.Bağırova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında ətraflı...
18 Mart 2016, 09:03
M.Y.Zabelinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...
18 Mart 2016, 09:03
Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında ətraflı...
18 Mart 2016, 09:03
B.Ə.Səfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
18 Mart 2016, 09:03
Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
18 Mart 2016, 09:03
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
18 Mart 2016, 09:03
Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında ətraflı...
18 Mart 2016, 09:03
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...