“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 524 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 524 nömrəli Fərmanını “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 997-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 iyul tarixli 230 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 524 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 461; 2014, № 5, maddə 477) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. İkinci abzasdan “və 23-cü maddəsinin beşinci hissəsində” sözləri və altıncı abzasdan “və 23-cü maddəsinin yeddinci hissəsində” sözləri çıxarılsın.

2. Səkkizinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:

“həmin Qanunun 23-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini respublika və yerli əhəmiyyətli avtomobil yollarına münasibətdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər dövlət avtomobil yollarına münasibətdə yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyəti orqanları istisna olmaqla), qəsəbə və kəndlərin ərazisində yerləşən bələdiyyə avtomobil yollarına münasibətdə müvafiq bələdiyyələrin, özəl avtomobil yollarına münasibətdə isə mülkiyyətçilərin rəyini nəzərə almaqla, yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.”.

 

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 noyabr 2014-cü il.

19 Noyabr 2014, 09:11

http://www.azertag.net

10251—10260 / 10511

3 Mart 2014, 16:03

"Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

3 Mart 2014, 16:03

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

3 Mart 2014, 16:03

"Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında   ətraflı...

3 Mart 2014, 09:03

Əliş Ləmbəranskinin 100 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

3 Mart 2014, 09:03

R.M.Seyfullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

28 Fevral 2014, 17:02

K.M.Abdullayevin Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

28 Fevral 2014, 17:02

K.M.Abdullayevin Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilməsi haqqında   ətraflı...

28 Fevral 2014, 09:02

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında   ətraflı...

27 Fevral 2014, 16:02

Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında   ətraflı...

27 Fevral 2014, 16:02

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında   ətraflı...