Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi QAYDALARI
Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 17 noyabr tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 97.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması, yaxud bərpası (bundan sonra – tikinti-quraşdırma) işlərinin bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsi prosedurunu və mexanizmini müəyyən edir.
1.2. Tikintiyə dövlət nəzarətinin məqsədi tikinti-quraşdırma və söküntü işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını, bu işlərin yerinə yetirilməsi prosesində yol verilmiş pozuntuların vaxtında aşkar edilməsini və aradan qaldırılmasını, tikinti obyektlərinin etibarlılığını (dayanıqlılığını və möhkəmliyini) təmin etməkdir.
1.3. Bu Qaydaların müddəaları, Məcəllənin 79.1-ci maddəsinə uyğun olaraq tikintisinə icazə tələb edilməyən obyektlər istisna olunmaqla, bütün tikinti obyektlərinə, habelə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun 10-cu maddəsinə uyğun olaraq Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə də şamil olunur.
1.4. Tikinti fəaliyyətinin bütün subyektləri, mülkiyyət formasından asılı olmayaraq, tikintiyə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxslərin tikinti obyektlərinə (xüsusi rejimli obyektlərə - müvafiq qaydada razılıq alındıqdan sonra) maneəsiz daxil olmasını, dövlət nəzarətinin həyata keçirilməsi üçün onlara müvafiq şəraitin yaradılmasını, tikintiyə aid tələb olunan sənədlərin təqdim edilməsini və tikintidə aşkarlanmış pozuntuların Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə aradan qaldırılmasını təmin etməlidirlər.
1.5. Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətləri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi (bundan sonra – Müfəttişlik) vasitəsilə həyata keçirilir.
1.6. Agentlik və Müfəttişlik tikinti obyektinin sökülməsi zamanı söküntü işlərinin texniki təhlükəsizlik və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun aparılmasına nəzarəti həyata keçirir.
1.7. Bu Qaydaların tələbləri tikinti fəaliyyətinin bütün subyektləri üçün məcburidir.
2. Tikintiyə dövlət nəzarətinin təşkili
2.1. Mülkiyyət formasından və təyinatından asılı olmayaraq, tikintisinə icazə tələb olunan obyektin tikintisinin bütün mərhələlərində aparılan tikinti-quraşdırma işlərinə və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisinə Agentlik və Müfəttişlik tərəfindən dövlət nəzarəti həyata keçirilir.
2.2. Tikintiyə icazə verən müvafiq yerli icra hakimiyyəti orqanı icazə barədə qərarı və xüsusi nişanı sifarişçiyə təqdim etdikdən sonra 3 (üç) iş günü müddətində həmin obyektin tikintisinə dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək üçün bu barədə Agentliyə məlumat verməlidir.
2.3. Məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 3 (üç) ay müddətində tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə irad olmadıqda və ya belə irad olduğu təqdirdə, həmin irad aradan qaldırıldığı hallarda, müvafiq yerli icra hakimiyyəti orqanı həmin müddətin bitdiyi vaxtdan 3 (üç) iş günü müddətində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında Müfəttişliyə məlumat verməlidir.
2.4. Tikintiyə dövlət nəzarəti (bundan sonra – dövlət nəzarəti) tikinti-quraşdırma işlərinə başlanılması barədə Agentliyə məlumat verildiyi tarixdən tikinti-quraşdırma işləri tam başa çatdığı və bu Qaydaların 2.21-ci bəndinə əsasən istismara hazırlıq aktının (tikinti-quraşdırma işlərinə dair) tərtib olunduğu tarixə qədər olan müddətdə Müfəttişlik tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir. Dövlət nəzarətinin həyata keçirilməsi prosesində hər bir tikinti obyektinə aid olan sənədlərin bir nüsxəsi Müfəttişlikdə saxlanılır.
2.5. Barəsində məlumatlandırma icraatının tətbiq olunduğu mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən* və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisinə dövlət nəzarəti yalnız həmin tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun tikilməsi istiqamətində həyata keçirilir.
2.6. Dövlət nəzarəti prosesində aşağıdakılar müəyyən edilməlidir:
2.6.1. tikinti obyektinin inşası zamanı tikinti ərazisinin mühafizəsi, torpaq-qazma işlərinin yerinə yetirilməsindən başlayaraq, obyektin özülünün, yeraltı və yerüstü hissələrinin konstruksiyalarının, mühəndis-kommunikasiya təminatı şəbəkələrinin (xarici və daxili xətlərin), mühəndis sistemləri və avadanlıqlarının quraşdırılması, tikinti sahəsinin abadlaşdırılması və infrastruktur obyektləri üzrə işlərin yerinə yetirilməsində tikinti layihəsinə və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması;
2.6.2. tikinti obyektinin yenidən qurulması, bərpası və əsaslı təmiri zamanı obyektdə hazırlıq işlərinin aparılması, onun yükdaşıyan konstruksiya elementlərinin (özülünün, yeraltı və yerüstü hissələrinin konstruksiyalarının) gücləndirilməsi və (və ya) yenisi ilə əvəz edilməsi, obyektin (onun hissələrinin) parametrlərinin (əlavə tikililər daxil olmaqla) dəyişdirilməsi, eləcə də mühəndis-kommunikasiya və texnoloji avadanlıqların dəyişdirilməsi yolu ilə onların keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üzrə işlərin yerinə yetirilməsində tikinti layihəsinə və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması.
* Qeyd. Binaların ümumi hündürlüyü 0 (sıfır) səviyyəsindən sonuncu mərtəbənin örtüyünün altına qədər olan məsafə kimi qəbul edilir.
2.7. Tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğunluğunun müəyyən edilməsi üçün dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən aşağıdakılar araşdırılır:
2.7.1.bu Qaydaların 2.6-cı bəndində nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinə dair şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması;
2.7.2.podratçı tərəfindən aparılan tikinti-quraşdırma işlərinin xüsusi razılığın (lisenziyanın) əlavəsində göstərilən işlərə uyğunluğu, tikintidə texniki, müəllif və daxili əməliyyat nəzarətlərinin həyata keçirilməsi, yerinə yetirilmiş işlərə dair ümumi və xüsusi iş jurnallarının aparılması, eləcə də sonradan üstü örtülən işlərin, məsul konstruksiyaların, mühəndis-kommunikasiya təminatı şəbəkələrinin müayinəsi və ya sınaq aktlarının tərtib edilməsinə əməl olunması;
2.7.3. tikintidə texniki, müəllif və daxili əməliyyat nəzarətinin həyata keçirilməsi zamanı aşkar edilmiş pozuntuların aradan qaldırılması və bununla bağlı görülmüş işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğunluğu.
2.8. Dövlət nəzarəti zamanı obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının (karkasların, qəliblərin və s.) yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. Dövlət nəzarətini həyata keçirən vəzifəli şəxsin tikinti məmulatından, habelə hazır tikinti hissələrindən sınaq nümunələri götürmək, yoxlamaq və ya yoxlatdırmaq hüququ vardır. Tikinti məmulatının və (və ya) tikinti hissələrinin sınaq nümunələrinin yoxlanılması ilə bağlı xərclər Məcəllənin 102.3-cü maddəsində müəyyən edilmiş qaydada ödənilir. Dövlət nəzarəti zamanı peşə sahələrinə aid işlərin müvafiq peşəkarlıq sertifikatına malik şəxslər tərəfindən yerinə yetirilməsi yoxlanılır.
2.9. Dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilərkən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan hər hansı tikinti-quraşdırma işlərinin aparılması aşkar edildikdə, həmin obyektin sökülməsi barədə Agentlik tərəfindən Məcəllənin 95-ci maddəsində müəyyənləşdirilmiş qaydada müvafiq qərar qəbul edilir.
2.10. Tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyi, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən yaşayış evinin tikildiyi müəyyən edildikdə, həmin tikinti obyektlərində tikinti-quraşdırma işlərinin dayandırılması barədə Agentlik tərəfindən Məcəllənin 92-ci maddəsində müəyyənləşdirilmiş qaydada qərar qəbul edilir.
2.11. Tikintisinə icazə verilmiş obyektlərə dövlət nəzarəti hər bir tikinti obyekti üçün Müfəttişlik tərəfindən “Tikintidə Dövlət Nəzarəti Jurnalı” (Əlavə) açılmaqla aparılır. “Tikintidə Dövlət Nəzarəti Jurnalı” bu Qaydaların 2.2-ci bəndində göstərilən məlumata və obyektin sifarişçisinin tikinti-quraşdırma işlərinə başlamazdan 10 (on) gün əvvəl Müfəttişliyə təqdim etdiyi aşağıdakı sənədlərə əsasən açılır:
2.11.1. tikintiyə icazənin surəti;
2.11.2. sifarişçi ilə podratçı arasında bağlanılmış müqavilənin surəti (Məcəllənin 47.2-ci maddəsinə uyğun olaraq sifarişçi podratçının funksiyalarını tam öz üzərinə götürdüyü hallar istisna olmaqla);
2.11.3. podratçının və (və ya) Məcəllənin 47.2-ci maddəsinə uyğun olaraq, sifarişçi podratçının funksiyalarını tam və ya qismən öz üzərinə götürdüyü hallarda isə podratçı kimi sifarişçinin xüsusi razılığının (lisenziyasının) surəti;
2.11.4. sifarişçi ilə layihəçi arasında müəllif nəzarətinin aparılması üçün bağlanılmış müqavilənin surəti (Məcəllənin 47.2-ci maddəsinə uyğun olaraq sifarişçi layihəçinin funksiyalarını tam öz üzərinə götürdüyü hallar istisna olmaqla);
2.11.5. müəllif nəzarətinin aparılması üçün məsul şəxslərin təyin edilməsi barədə əmrin surəti;
2.11.6. texniki nəzarətin aparılması üçün məsul şəxslərin təyin edilməsi barədə əmrin surəti;
2.11.7. iş icraçısının (sahə rəisinin) peşəkarlıq sertifikatının (diplomunun), müvafiq əmrin və əmək müqaviləsinin surəti;
2.11.8. daxili əməliyyat nəzarətinin aparılması üçün məsul şəxslərin təyin edilməsi barədə əmrin surəti;
2.11.9. tikintidə istifadə olunan materialların keyfiyyətini yoxlayacaq akkreditasiya olunmuş laboratoriyalar haqqında məlumat.
2.12. Tikintisinə icazə tələb olunan, sahəsi və həcmi kiçik (bir mərtəbəsinin sahəsi 150 kvadratmetrdən, tikintinin ümumi həcmi isə 1200 kubmetrdən artıq olmayan), aşırımlarının uzunluğu 6 metrdən böyük olmayan birmərtəbəli və ikimərtəbəli iaşə, ticarət, sosial, təsərrüfat təyinatlı obyektlərin, eləcə də məhəllədaxili yolların, kommunikasiya (elektrik, qaz, su, kanalizasiya və rabitə) xətlərinin tikintisi üçün “Tikintidə Dövlət Nəzarəti Jurnalı” açılmır.
2.13. “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda tikinti ərazisinin mühafizəsi və torpaq-qazma işlərindən başlayaraq son abadlaşdırma işlərinədək obyektin tikintisinin ayrı-ayrı mərhələlərinin texnoloji proseslərə bölünməklə ardıcıllığı müəyyən edilir. Sifarişçi (podratçı) tərəfindən tikinti-quraşdırma işləri “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilməlidir. Müfəttişliyin rəhbərliyi tərəfindən bu ardıcıllığa uyğun olaraq, birinci mərhələnin icrası təsdiq olunduqdan sonra tikinti-quraşdırma işlərinə başlanıla bilər.
2.14. Tikinti obyektində tikintiyə aid sənədləşmənin yerinə yetirilməsinə və görülən işlərə dövlət nəzarəti fərdi qaydada, “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda bu barədə müvafiq qeydlər aparılmaqla həyata keçirilir.
2.15. Tikintinin hər bir növbəti mərhələsi üzrə yerinə yetirilmiş inşaat işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərə və tikinti layihəsinə uyğunluğu barədə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs obyektdə işin gedişatını ləngitməmək məqsədi ilə hər bir mərhələ üzrə işlər başa çatan zaman tikinti obyektinə çağırış almadan vaxtlı-vaxtında dövlət nəzarətini həyata keçirir, bu mərhələlər üzrə işlərin başa çatmasını nəzarətdə saxlayır, ona görə cavabdehlik daşıyır və “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda müvafiq qeydlər aparır. Obyektdə növbəti mərhələ üzrə tikinti-quraşdırma işlərinin davam etdirilməsinə razılığın verilməsi Agentliyin əmri ilə regionlar üzrə təyin olunmuş vəzifəli şəxslər tərəfindən həyata keçirilir.
2.16. Dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs obyektdə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı yol verilmiş hər hansı pozuntu və çatışmazlıqlar aşkar etdikdə, “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda müvafiq qeydlər aparmaqla həmin pozuntuların və çatışmazlıqların aradan qaldırılmasını sifarişçidən (podratçıdan) tələb edir.
2.17. Hər mərhələ üzrə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı yol verilmiş pozuntu və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sifarişçi Müfəttişliyə bu barədə yazılı məlumat verməlidir. Yükdaşıyan konstruksiyalarında aşkar olunmuş pozuntular gücləndirilmə, bərpa və digər üsullarla aradan qaldırıldıqda həmin işlər aktla təsdiq olunmalı və yuxarıda qeyd olunan yazılı məlumata əlavə edilməlidir.
2.18. Bu Qaydaların 2.17-ci bəndində nəzərdə tutulmuş məlumatın daxil olduğu tarixdən 3 (üç) iş günü müddətində dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən pozuntuların aradan qaldırılması ilə bağlı yerinə yetirilmiş işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğunluğu müəyyən edilir. Bu tədbirlərin nəticəsində pozuntuların aradan qaldırıldığı müəyyən edildikdə, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən bu barədə “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda müvafiq qeydlər aparılır və bundan sonra bu Qaydaların 2.15-ci bəndinə uyğun olaraq obyektdə növbəti mərhələ üzrə tikinti-quraşdırma işləri davam etdirilə bilər.
2.19. Dövlət nəzarəti prosesində hər hansı obyektdə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı Məcəllənin 92.1.1-92.1.4-cü maddələrinə əsasən tikinti-quraşdırma işlərini dayandırmadan aradan qaldırılması mümkün olan pozuntular aşkar edildikdə, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfindən həmin pozuntular barədə “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda müvafiq qeydlər aparılmaqla, onların təxirə salınmadan aradan qaldırılması sifarişçidən (podratçıdan) tələb olunur. Həmin pozuntular aradan qaldırılmadıqda, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxsin tərtib etdiyi texniki baxış aktına əsasən Müfəttişlik Məcəllənin 92.1-ci və 92.2-ci maddələrində nəzərdə tutulmuş qaydada icrası məcburi olan yazılı “Göstəriş”in verilməsi barədə Agentlik qarşısında məsələ qaldırır.
2.20. Tikinti obyektində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı Məcəllənin 92.4.1-92.4.5-ci maddələrində göstərilən pozuntular aşkarlandıqda, dövlət nəzarətini həyata keçirən vəzifəli şəxsin hər bir pozuntu ayrıca təsvir olunmaqla tərtib etdiyi müvafiq akt əsasında Müfəttişlik tərəfindən müvafiq tədbirin görülməsi üçün Agentliyə müraciət edilir və Agentlik Məcəllənin 92.4-cü və 92.5-ci maddələrində nəzərdə tutulmuş qaydada həmin obyektdə tikinti-quraşdırma işlərinin dayandırılması barədə müvafiq qərar qəbul edir. Həmin qərarın surəti icra üçün sifarişçiyə, tikinti ərazisinə nəzarət etmək üçün müvafiq yerli icra hakimiyyəti və yerli polis orqanlarına göndərilir.
2.21. Obyektdə tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən yekun sənəd olaraq istismara hazırlıq aktı tərtib olunur. Həmin akt sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır və tikinti obyektinin istismarına icazənin verilməsi barədə sifarişçinin müraciətinə əlavə olunaraq, müvafiq yerli icra hakimiyyəti orqanına təqdim edilir. “İstismara hazırlıq aktı”nın forması Nazirlik tərəfindən təsdiq edilir.
3. Dövlət nəzarətini həyata keçirən orqanın səlahiyyətləri
3.1. Dövlət nəzarətini həyata keçirən orqan öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı səlahiyyətlərə malikdir:
3.1.1. tikinti obyektinə və tikinti ərazisinə maneəsiz daxil olmaq;
3.1.2. obyektin xaricdən görünən hissəsində onun əsas göstəricilərini əks etdirən məlumat lövhəsinin və xüsusi nişanın olmasını yoxlamaq;
3.1.3. tikinti ilə bağlı zəruri məlumatları, tikinti sənədlərini (şəhadətnamələr, sertifikatlar, aktlar və s.) tələb etmək;
3.1.4. tikinti fəaliyyətinin subyektləri tərəfindən şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə, tikinti layihəsinə əməl edilməsinə nəzarət etmək, o cümlədən tikintidə aşkarlanmış pozuntuların Məcəllədə və bu Qaydalarda nəzərdə tutulmuş qaydada və müddətdə aradan qaldırılmasını tələb etmək;
3.1.5. tikintidə sifarişçi tərəfindən texniki nəzarətin, layihəçi tərəfindən müəllif nəzarətinin və podratçı tərəfindən daxili əməliyyat nəzarətinin aparılmasına nəzarət etmək;
3.1.6. tikinti obyektində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin pozulması müəyyən edildiyi hallarda həmin obyektdə Məcəlləyə və bu Qaydalara uyğun olaraq tikinti-quraşdırma işlərinin dayandırılması və zəruri hallarda obyektin sökülməsi, habelə lisenziya fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi haqqında müvafiq qaydada məsələ qaldırmaq;
3.1.7. tikintidə istifadə olunan inşaat materiallarının, məmulatların və konstruksiyaların normativ sənədlərin tələblərinə uyğunluğunu təsdiq edən sertifikatların olmasına nəzarət etmək, habelə inşaat materiallarından, hazır tikinti hissələrindən sınaq nümunələri götürmək, yoxlamaq və ya yoxlatdırmaq;
3.1.8. Məcəllədə nəzərdə tutulmuş peşə sahələrinə aid işləri yerinə yetirən şəxslərin müvafiq peşəkarlıq sertifikatına malik olmasını yoxlamaq;
3.1.9. tikinti obyektində inzibati məsuliyyətə səbəb olan pozuntular aşkar edildikdə, həmin pozuntulara yol vermiş şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib etmək və müvafiq qərarın çıxarılması üçün Agentlik qarşısında məsələ qaldırmaq;
3.1.10. tikinti və ya tikinti materialları və məmulatı ilə bağlı təhlükə barədə ictimaiyyəti məlumatlandırmaq;
3.1.11. tikintidə baş verən qəzaların səbəblərini araşdırmaq.
18 Noyabr 2014, 09:1128 İyun 2018, 08:06
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında təmənnasız hərbi yardım göstərilməsi haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
28 İyun 2018, 08:06
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
25 İyun 2018, 08:06
Balakən rayonunun Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 İyun 2018, 08:06
A.A.Əlizadənin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 İyun 2018, 08:06
Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 İyun 2018, 08:06
Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 İyun 2018, 08:06
Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 İyun 2018, 08:06
Azərbaycan Respublikasının maşınqayırma sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 İyun 2018, 08:06
Azərbaycan Respublikasının maşınqayırma sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
25 İyun 2018, 08:06
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...