Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları

Azərbaycan Respublikası Prezidentinin

2014-cü il 17 noyabr tarixli Fərmanı

ilə  təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1.  Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 90.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (bundan sonra – Agentlik) nəzdində fəaliyyət göstərən Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi (bundan sonra – ekspertiza müəssisəsi) tərəfindən müəyyən obyektin tikintisi (inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əsasən hazırlanmış tikinti layihəsinin ekspertizadan keçirilməsi mexanizmini müəyyən edir.

1.2.  Tikinti layihələrinin ekspertizadan keçirilməsində məqsəd həmin layihələrin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasından, dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlərə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsindən ibarətdir.

 2. Ekspertizadan keçirilməsi tələb olunan tikinti layihələri

2.1.  Məcəllənin 88.1-ci maddəsinə əsasən bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş obyektlərin tikinti layihələri istisna olmaqla, mülkiyyət formasından və təyinatından asılı olmayaraq aşağıdakı tikinti layihələrinin ekspertizadan keçirilməsi məcburidir:

2.1.1.tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələri – şəhərsalma və tikintiyə dair normativ sənədlərin, o cümlədən yanğın təhlükəsizliyi tələblərinə uyğunluğunun yoxlanılması baxımından;

2.1.2.dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlərin layihə və smeta sənədləri – bu Qaydaların 2.1.1-ci bəndində nəzərdə tutulanlardan əlavə, həm də həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərdən səmərəli istifadənin qiymətləndirilməsi baxımından.

2.2.  Bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş obyektlər istisna olmaqla, mürəkkəb-texniki və ya təhlükə potensiallı obyektlərin, komplekslərin və bu qəbildən olan başqa tikinti obyektlərinin sökülməsi ilə bağlı tərtib olunmuş tikinti layihələrinin tikinti (söküntü) işlərinin təşkili bölməsi ekspertizadan keçirilməlidir.

2.3.  Ekspertizadan keçirilmiş tikinti layihələrində konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişikliklər edildikdə, həmin layihələr bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş mənada təkrar ekspertizadan keçirilməlidir.

2.4.  Bu Qaydaların 2.1-ci bəndində göstərilən obyektlərin tikinti layihələri sifarişçinin istədiyi hallarda və müstəqil müraciəti əsasında tikintiyə icazə icraatından əvvəl də bu Qaydaların tələblərinə uyğun olaraq ekspertizadan keçirilir.

2.5.  Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarında, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, eləcə də sifarişçinin təşəbbüsü ilə tikintiyə dair Texniki-İqtisadi Hesablamalar (TİH), Texniki-İqtisadi Əsaslandırmalar (TİƏ) və Tender layihələri də ekspertizadan keçirilir.

3. Ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələri

3.1.  Aşağıdakı tikinti layihələrinin ekspertizadan keçirilməsi tələb olunmur:

3.1.1.insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr olan tikinti obyektlərinin layihələri;

3.1.2.sanitar-mühafizə zonalarının ayrılmasını tələb etməyən və ya mövcud sanitar-mühafizə zonalarından istifadə olunması şərtilə tikilməsi nəzərdə tutulan istehsalat təyinatlı, sahəsi ən çoxu 1000 m2, hündürlüyü və aşırımının uzunluğu ən çoxu 6 metr olan birmərtəbəli tikinti obyektlərinin layihələri;

3.1.3.mövcud tikinti obyektlərinə və (və ya) onların hissələrinə həmin obyektlərin konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir etməyən və icazə verilmiş tikintinin parametrlərini keçməyən dəyişikliklərin edilməsi barədə tikinti layihələri;

3.1.4.ekspertizadan keçirilmiş, təkrar istifadə olunan və ya birtipli layihələr əsasında həmin layihələrdə nəzərdə tutulmuş şəraitə (qrunt, iqlim şəraiti, seysmik rayonlaşdırma və digər) uyğun zonalarda inşa ediləcək tikinti obyektlərinin layihələrinin 0 (sıfır) səviyyəsindən yuxarı hissəsi, habelə tikinti obyektlərinə onların konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir göstərməyən dəyişikliklərin edilməsi barədə layihələr;

3.1.5.Məcəllənin 79-80-ci maddələrinə uyğun olaraq tikintisinə icazə tələb olunmayan və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektlərin tikinti layihələri.

3.2.  Bu Qaydaların 3.1.3-cü və 3.1.4-cü bəndlərində nəzərdə tutulmuş layihələrlə bağlı hər hansı şübhələr olduqda, yerli icra hakimiyyəti orqanı şübhə doğuran halların aydınlaşdırılması barədə ekspertiza müəssisəsinə sorğu ilə müraciət edir. Sorğuya obyektin tikinti layihəsi əlavə olunmalıdır.

3.3.  Bu Qaydaların 3.2-ci bəndində göstərilən sorğunun daxil olduğu tarixdən 10 gün müddətində ekspertiza müəssisəsi tərəfindən sorğuda aydınlaşdırılması tələb olunan halların şəhərsalma və tikinti qanunvericiliyinə uyğunluğu və təqdim edilmiş layihənin ekspertizadan keçirilməsinin zəruriliyi və ya belə zərurətin olmadığı barədə yerli icra hakimiyyəti orqanına əsaslandırılmış cavab verməlidir.

4. Ekspertiza müəssisəsinə təqdim edilən sənədlərin tərkibi və tikinti layihələrinin ekspertizadan keçirilməsi qaydası

4.1.  Sifarişçinin tikintiyə icazə icraatı çərçivəsində təqdim etdiyi sənədlərin tamlığı Məcəllənin 75.2-ci maddəsinə uyğun olaraq təmin olunduqdan sonra yerli icra hakimiyyəti orqanı tikinti layihələrini ekspertizadan keçirilməsi üçün ekspertiza müəssisəsinə göndərir.

4.2.  Ekspertizadan keçirilməsi üçün təqdim olunan tikinti layihəsinə aşağıdakı sənədlər əlavə edilməlidir:

4.2.1.layihəçinin xüsusi razılığının (lisenziyası) surəti;

4.2.2.izahat yazısı (obyekt haqqında müfəssəl məlumat);

4.2.3.tikinti layihəsinin hazırlanması zamanı istifadə olunmuş şəhərsalma və tikintiyə dair normativ sənədlərin layihəçi tərəfindən təsdiq edilmiş siyahısı;

4.2.4.təchizat müəssisələri tərəfindən verilmiş texniki şərtlər;

4.2.5.aşağıdakı bölmələrdən ibarət olan tikinti layihəsi:

4.2.5.1.mühəndis-axtarış işləri;

4.2.5.2.tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma bölməsi;

4.2.5.3.konstruksiya bölməsi;

4.2.5.4.mühəndis-kommunikasiya təminatı bölməsi;

4.2.5.5.texnologiya bölməsi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda);

4.2.5.6.ekologiya bölməsi;

4.2.5.7.tikinti (söküntü) işlərinin təşkili bölməsi;

4.2.5.8.smeta bölməsi (tikintisi dövlət vəsaiti hesabına maliyyələşdirilən obyektlər üçün).

4.3.  Tikinti obyektinin sökülməsi ilə bağlı ekspertizadan keçirilməsi üçün təqdim olunan tikinti layihəsinə bu Qaydaların 4.2.4-cü, 4.2.5.1-ci, 4.2.5.5-ci yarımbəndlərində göstərilən sənədlərin əlavə olunması tələb edilmir.

4.4.  Ekspertiza müəssisəsi bu Qaydaların 4.2-ci və 4.3-cü bəndlərinə uyğun olaraq təqdim olunmuş sənədlərin tamlığını 5 gün müddətində yoxlayır.

4.5.  Təqdim edilmiş sənədlər natamam olduqda, ekspertiza müəssisəsi sifarişçiyə və müvafiq yerli icra hakimiyyəti orqanına bu barədə məlumat verir və sənədlərin tamlığının təmin olunması üçün 5 gün müddət təyin edir. Göstərilən müddət ərzində sənədlərin tamlığı təmin edilmədiyi və həmin sənədlər olmadan rəy verilməsi mümkün olmadığı təqdirdə, tikinti layihəsi müvafiq yerli icra hakimiyyəti orqanına, tikinti layihəsi bu Qaydaların 2.4-cü bəndinə uyğun olaraq təqdim edildiyi hallarda isə sifarişçiyə qaytarılır.

4.6.  Tikinti layihələri ekspertiza müəssisəsi ilə sifarişçi arasında bağlanmış müqavilə əsasında ekspertizadan keçirilir.

4.7.  Ekspertiza zamanı tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olmadığı aşkar edildiyi halda, həmin sənədə istinad edilməklə, mövcud çatışmazlıqların aradan qaldırılması üçün ekspertiza müəssisəsi birbaşa sifarişçiyə müraciət edir və bu məqsədlə ona 10 gün müddət təyin edir.

4.8.  Birbaşa müraciətdə göstərilən çatışmazlıqlar həmin müddət ərzində aradan qaldırılmadıqda ekspertiza müəssisəsi əsaslandırılmış rəy verir və həmin rəy rəsmi qaydada tikintiyə icazə verən müvafiq yerli icra hakimiyyəti orqanına, tikinti layihəsi bu Qaydaların 2.4-cü bəndinə uyğun olaraq təqdim edildiyi hallarda isə sifarişçiyə göndərilir.

4.9.  Mərhələli layihələndirmə yolu ilə inşa edilən obyektlərin tikinti layihələrinin  müvafiq olaraq mərhələlər üzrə ekspertizadan keçirilməsinə icazə verilir.

4.10.Tikintisi dövlət vəsaiti hesabına maliyyələşdirilməyən obyektin tikinti layihəsinin smeta bölməsi də sifarişçinin arzusu ilə ekspertizadan keçirilir.

4.11.Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda xarici dövlətlərin və ya beynəlxalq təşkilatların şəhərsalma və tikinti ilə bağlı normativləri və standartları tətbiq olunmaqla hazırlanmış tikinti layihələrinin ekspertizadan keçirilməsi zamanı ekspertiza müəssisəsi bu sahədə təcrübəsi olan xarici mütəxəssislər cəlb edilə bilər və (və ya) həmin layihələr üzrə hesablamaların aparılması üçün müvafiq xarici və ya beynəlxalq proqram təminatlarından istifadə edə bilər.

5. Tikinti layihələrinə dair ekspertiza müəssisəsinin rəyinin hazırlanması

5.1.  Tikinti layihəsinin ekspertizadan keçirilməsinin nəticəsinə dair ekspert rəyi hazırlanır. Həmin rəy xüsusi mühafizə nişanları olan blankda 3 nüsxədə tərtib olunur, hər bir nüsxə ekspertlər tərəfindən imzalanır, ekspertiza müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir və müvafiq qaydada qeydiyyata alınır.

5.2.  Ekspertiza müəssisəsinin rəyinin iki nüsxəsi müvafiq yerli icra hakimiyyəti orqanına, tikinti layihəsi bu Qaydaların 2.4-cü bəndinə uyğun olaraq təqdim edildiyi hallarda isə sifarişçiyə göndərilir. Rəyin üçüncü nüsxəsi isə ekspertiza müəssisəsində saxlanılır.

5.3.  Ekspertiza müəssisəsinin rəyində tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğu (uyğunsuzluğu) əsaslandırılmalıdır.

5.4.  Bu Qaydalara uyğun olaraq ekspertizadan keçirilmiş tikinti layihələrinin bir nüsxəsi ekspertiza müəssisəsində saxlanılır.

6. Tikinti layihələrinin ekspertizadan keçirilməsi müddəti

6.1.  Tikinti layihələrinin ekspertizası bağlanmış müqavilənin qüvvəyə mindiyi andan 20 gün müddətində keçirilir.

6.2.  Siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mürəkkəb-texniki və ya təhlükə potensiallı obyektlərin, komplekslərin və bu qəbildən olan başqa tikinti obyektlərinin layihələrinin ekspertizadan keçirilməsi müddəti 3 ayadək uzadılır.

6.3. Bu Qaydaların 4.7-ci bəndinə əsasən ekspertiza müəssisəsi çatışmazlıqların aradan qaldırılması üçün birbaşa sifarişçiyə müraciət etdiyi hallarda tikinti layihələrinin ekspertizadan keçirilməsi müddətinin axını 10 günədək dayandırılır.

7. Tikinti layihələrinin ekspertizasının maliyyələşdirilməsi

7.1. Tikinti layihələrinin ekspertizadan keçirilməsi ilə bağlı xərcləri ekspertiza müəssisəsi ilə sifarişçi arasında bağlanmış müqavilə əsasında sifarişçi ödəyir.

7.2. Ekspertiza xərcləri sifarişçi tərəfindən, ekspertizanın nəticəsinə dair ekspert rəyinin məzmunundan asılı olmayaraq ödənilir.

7.3. Bu Qaydaların 3.2-ci bəndinə müvafiq olaraq sorğu göndərildiyi hallarda sifarişçi tərəfindən xərc ödənilmir.

 8. Yekun müddəalar

 8.1. Ekspertizaya təqdim edilən tikinti layihələri dövlət dilində tərtib olunmalıdır.

8.2. Bu Qaydaların 3.1-ci bəndində göstərilən obyektlərin tikinti layihələri sifarişçinin istədiyi hallarda və müstəqil müraciəti əsasında bu Qaydaların tələblərinə uyğun olaraq ekspertizadan keçirilir.

18 Noyabr 2014, 09:11

http://www.azertag.net

61—70 / 10511

15 Mart 2023, 12:03

A.R.Rzayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 Mart 2023, 07:03

Səhiyyə sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 Mart 2023, 16:03

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

6 Mart 2023, 13:03

Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 Mart 2023, 14:03

Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 Mart 2023, 14:03

“İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 mart tarixli 1304 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

27 Fevral 2023, 15:02

“İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

27 Fevral 2023, 15:02

“GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

27 Fevral 2023, 15:02

“İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 Fevral 2023, 16:02

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...