Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları ölkənin bütün bölgələrində olduğu kimi Şəmkir rayonunda da uğurla həyata keçirilir. Son illərdə rayonda bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, “Excelsior” mehmanxanası, Bayraq Meydanı Kompleksi, əlil və şəhid ailələri üçün 3 yaşayış binası, 11 min şagird yerlik 30 məktəb binası tikilmiş, Şəmkirçay su anbarı, Su elektrik stansiyası, uzunluğu 62 kilometr olan magistral su kanalları və çörək istehsalı zavodu inşa edilərək istifadəyə verilmiş, yeni yollar çəkilmiş, parklar salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şəmkir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Şəmkir rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Şəmkir Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 noyabr 2014-cü il.
18 Noyabr 2014, 09:119 Mart 2016, 09:03
Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
7 Mart 2016, 09:03
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul olunmuş “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 104-VQD nömrəli Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə ətraflı...
7 Mart 2016, 09:03
Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında ətraflı...
7 Mart 2016, 09:03
İ.Ə.Əliyevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqında ətraflı...
7 Mart 2016, 09:03
M.A.Hüseynovun Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında ətraflı...
7 Mart 2016, 09:03
8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ətraflı...
7 Mart 2016, 09:03
S.H.Hətəmovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında ətraflı...
7 Mart 2016, 09:03
S.H.Hətəmovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında ətraflı...
7 Mart 2016, 09:03
T.A.Kərimovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında ətraflı...
7 Mart 2016, 09:03
Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...