Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları ölkənin bütün bölgələrində olduğu kimi Şəmkir rayonunda da uğurla həyata keçirilir. Son illərdə rayonda bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, “Excelsior” mehmanxanası, Bayraq Meydanı Kompleksi, əlil və şəhid ailələri üçün 3 yaşayış binası, 11 min şagird yerlik 30 məktəb binası tikilmiş, Şəmkirçay su anbarı, Su elektrik stansiyası, uzunluğu 62 kilometr olan magistral su kanalları və çörək istehsalı zavodu inşa edilərək istifadəyə verilmiş, yeni yollar çəkilmiş, parklar salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şəmkir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Şəmkir rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Şəmkir Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 noyabr 2014-cü il.
18 Noyabr 2014, 09:1126 Aprel 2017, 09:04
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında ətraflı...
26 Aprel 2017, 09:04
Ə.C.Seyidovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında ətraflı...
25 Aprel 2017, 09:04
1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında ətraflı...
25 Aprel 2017, 09:04
“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda keçirilən IV beynəlxalq elmi konfransın iştirakçılarına ətraflı...
24 Aprel 2017, 09:04
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair ətraflı...
21 Aprel 2017, 09:04
Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
20 Aprel 2017, 09:04
О дополнительных мерах по поддержке деятельности Фонда молодежи при Президенте Азербайджанской Республики ətraflı...
20 Aprel 2017, 09:04
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
20 Aprel 2017, 09:04
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 yanvar tarixli 835 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
20 Aprel 2017, 09:04
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 624 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...