Uşaqların Üçüncü Ümumrespublika Forumunun iştirakçılarına

Hörmətli Forum iştirakçıları!

Əziz uşaqlar!

Sizi – Uşaqların Üçüncü Ümumrespublika Forumunun iştirakçılarını və sizin simanızda bütün Azərbaycan uşaqlarını salamlayır, hamınıza cansağlığı, xoşbəxtlik və səadət arzulayıram.

Uşaq hüquqlarının müdafiəsi Azərbaycan dövlətinin uşaqlarla bağlı siyasətinin əsas istiqamətlərindəndir. Uşaqların problemləri ilə məşğul olan dövlət qurumlarının gündəlik fəaliyyəti hər birinizin vicdan, fikir və söz azadlığınıza hörmətlə yanaşılmasına və hüquqlarınızın tam təmin edilməsi üçün əlverişli mühitin yaradılmasına yönəlmişdir.

Azərbaycanda uşaq hüquqlarının qorunması qanunvericiliklə tənzimlənir, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar konkret tədbirlər və dövlət proqramları gerçəkləşdirilir. Artıq ölkəmizdə uşaqların sağlamlığının yaxşılaşdırılması, təlim-tərbiyəsinin düzgün təşkili, fiziki, əqli və intellektual-mənəvi inkişafı, eləcə də onların öz istedadlarını nümayiş etdirmələri üçün lazımi şərait mövcuddur. İndi başlıca məqsəd uşaqların zəngin mədəni sərvətlərimizə hörmətlə yanaşan layiqli vətəndaş kimi yetişdirilməsi və hərtərəfli şəxsiyyət olaraq formalaşdırılmasıdır.

Ölkəmizdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanına çevrilmiş qaçqın və məcburi köçkün uşaqları daim diqqət mərkəzindədir. Dövlətimiz bütün imkanlarını səfərbər edərək onların problemlərinin həllinə nail olmaq üçün respublikamızın ərazi bütövlüyünün bərpası istiqamətində tarazlaşdırılmış siyasət həyata keçirir. Azərbaycanın davamlı inkişafı uşaqlarımızın xoşbəxt və firavan həyatının təmin olunması baxımından cəmiyyətimiz qarşısında mühüm vəzifələr irəli sürür. Məhz övladlarımızın sabahı naminə bu vəzifələrin layiqincə yerinə yetirilməsi məqsədi ilə hər bir vətəndaşımız qüvvə və bacarığını səfərbər etməlidir.

Ümidvaram ki, Forumunuz çərçivəsində uşaq problemlərinə dair aparacağınız fikir mübadiləsi, səmərəli müzakirələr və qəbul edəcəyiniz qərarlar gələcək fəaliyyətinizdə sizə dəstək olacaqdır.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 noyabr 2014-cü il.

18 Noyabr 2014, 09:11

http://www.azertag.net

5091—5100 / 10511

13 İyul 2017, 09:07

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 718-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

13 İyul 2017, 09:07

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

13 İyul 2017, 09:07

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 735-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

13 İyul 2017, 09:07

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

13 İyul 2017, 09:07

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 737-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

13 İyul 2017, 09:07

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

13 İyul 2017, 09:07

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 684-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

13 İyul 2017, 09:07

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında   ətraflı...

13 İyul 2017, 09:07

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında   ətraflı...

13 İyul 2017, 09:07

T.H.Zeynəlabdinin Azərbaycan Respublikasının Sudan Respublikasında fəxri konsulu təyin edilməsi haqqında   ətraflı...