“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Qrant haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17
oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək,
habelə dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrantların verilməsində şəffaflıq və səmərəliliyin
artırılması, dövlət orqanları ilə qeyri-hökumət təşkilatlarının münasibətlərinin təkmilləşdirilməsi məqsədi ilə qərara
alıram:
1. Dövlət orqanları qeyri-hökumət təşkilatlarına qrantların verilməsini Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırmaqla həyata keçirsinlər.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Qrant haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
2.2. iki ay müddətində:
2.2.1. dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrantların verilməsinin Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması qaydasının layihəsini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2.2. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsinin birinci cümləsinə
uyğun olaraq, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumların siyahısının layihəsini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2.3. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-1-ci hissəsinə uyğun olaraq, həmin
Qanunun 2-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş donorlar tərəfindən Azərbaycan Respublikasının
ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla
müəyyən etsin;
2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç
ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
4. Müəyyən edilsin ki:
4.1. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsinin birinci cümləsində və 3-
cü maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir;
4.2. həmin Qanunun 2-ci maddəsinin 5-1-ci hissəsində və 4-cü maddəsinin 4-2-ci hissəsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
4.3. həmin Qanunun 2-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;
4.4. həmin Qanunun 3-cü maddəsinin 2-ci hissəsinin üçüncü abzasında “müvafiq icra hakimiyyəti orqanları” dedikdə
mərkəzi və digər icra hakimiyyəti orqanları nəzərdə tutulur.
5. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-1-ci hissəsində “Azərbaycan
Respublikasının adından qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi qaydaları” dedikdə
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 388 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texniki
yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları” nəzərdə tutulur.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakışəhəri, 14 noyabr 2014-cü il.
17 Noyabr 2014, 09:11
12 Avqust 2014, 09:08
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1005-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
12 Avqust 2014, 09:08
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1003-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
12 Avqust 2014, 09:08
“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1002-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
12 Avqust 2014, 09:08
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1004-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
12 Avqust 2014, 09:08
“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə ətraflı...
12 Avqust 2014, 09:08
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında ətraflı...
11 Avqust 2014, 13:08
I Avropa Oyunlarının keçirilməsi iləəlaqədar bəzi tədbirlər haqqında ətraflı...
11 Avqust 2014, 13:08
S.H.Rəhimovun 100 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
8 Avqust 2014, 09:08
Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
8 Avqust 2014, 09:08
Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...