Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsindədəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin

6-cı bəndinirəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,

2000, № 8 (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə

463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, №

11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874,

№ 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə

929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, №

11, maddə 1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045,

1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7,

maddə 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674, №

11, maddə 1062, № 12, maddə 1215; 2013, № 2, maddə 77, № 6, maddələr 616, 626, № 7, maddə 786, № 11,

maddə 1265, № 12, maddə 1493; 2014, № 2, maddələr 90, 102, № 4, maddələr 328, 344, № 6, maddə 600)

aşağıdakı dəyişikliklər edilsin:

1. 48.2.1-ci maddədən “və məhkəmə baxışından keçə” sözləri çıxarılsın.

2. 48.3-cü maddədən “, habelə cinayət işinin ona təqdim olunmuş materialları ilə tanış olduğu müddət” sözləri

çıxarılsın.

3. 158.1-ci maddədə “və ya az ağır cinayət törədilməsinə görə 2 (iki) ay həddində, ağır və xüsusilə ağır cinayət

törətməsinə görə isə 3 (üç) ay” sözləri “cinayət törədilməsinə görə 2 (iki) ay həddində, az ağır cinayət törədilməsinə

görə 3 (üç) ay həddində, ağır və xüsusilə ağır cinayət törədilməsinə görə isə 4 (dörd) ay” sözləri ilə əvəz edilsin.

4. 158.3-cü maddədə “cinayət işinin məhkəməyə göndərildiyi” sözləri “məhkəməyə göndərilmiş cinayət işi üzrə

qətimkan tədbiri ilə bağlı məsələyə baxıldığı” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2011-ci il 10 oktyabr tarixli qərarına əsasən 158.4-cü

maddə 2012-ci il martın 1-dən qüvvədən düşmüş hesab edildiyi üçün həmin maddə çıxarılsın.

6. 159.7.2-ci maddədə “6 (altı)” sözləri “7 (yeddi)” sözləri ilə, 159.7.3-cü maddədə “9 (doqquz)” sözləri “10 (on)”

sözləri ilə, 159.7.4-cü maddədə “12 (on iki)” sözləri “13 (on üç)” sözləri ilə əvəz edilsin.

7. 163.5-ci maddənin üçüncü cümləsi çıxarılsın, 163.5.1-ci və 163.5.2-ci maddələr isə ləğv edilsin.

8. 164.6-cı maddənin üçüncü cümləsi çıxarılsın, 164.6.1-ci və 164.6.2-ci maddələr isə ləğv edilsin.

9. 218.2.3-cü maddədə “3 (üç)” sözləri “4 (dörd)” sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2011-ci il 10 oktyabr tarixli qərarına əsasən 218.4-cü

maddənin “Təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddəti cinayət işi

üzrə ibtidai istintaqın müddətinə daxil deyil” müddəası 2012-ci il martın 1-dən qüvvədən düşmüş hesab edildiyi üçün

həmin maddənin birinci cümləsi çıxarılsın.

11. 218.7.4-cü maddədə “4 (dörd)” sözləri “5 (beş)” sözləri ilə əvəz edilsin.

12. 218.8.2-ci maddədə “2 (iki)” sözləri “3 (üç)” sözləri ilə əvəz edilsin.

13. 218.10.2-ci maddədə “9 (doqquz)” sözləri “10 (on)” sözləri ilə əvəz edilsin.

14. 218.10.3-cü maddədə “12 (on iki)” sözləri “13 (on üç)” sözləri ilə əvəz edilsin.

15. 218.10.4-cü maddədə “18 (on səkkiz)” sözləri “19 (on doqquz)” sözləri ilə əvəz edilsin.

16. 290.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilmişdirsə, ittiham aktı həmin qətimkan

tədbirinin müddətinin bitməsinə ən azı 20 gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən

prokurora göndərilməlidir.”.

17. 290.2.7-ci maddədə “seçilməsini” sözündən sonra “və bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş

müddətə riayət olunmasını” sözləri əlavə edilsin.

18. 290.5.2-ci maddənin sonundakı nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda

290.5.3-cü maddə əlavə edilsin:

“290.5.3. təqsirləndirilən şəxsin həbsdə və ya ev dustaqlığında saxlanılmasına bu Məcəllənin 155.1-155.3-cü

maddələrində nəzərdə tutulan əsaslar mövcud olduqda, bu Məcəllənin 292.1-1-ci maddəsində nəzərdə tutulmuş

müddətin təmin edilməsi məqsədi ilə həmin qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəməyə təqdimat

vermək.”.

19. Aşağıdakı məzmunda 292.1-1-ci maddə əlavə edilsin:

“292.1-1. Təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilmişdirsə, cinayət işi həmin

qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 15 gün qalmış məhkəməyə göndərilməlidir.”.

20. Aşağıdakı məzmunda 298.6-cı maddə əlavə edilsin:

“298.6. Cinayət işinin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə

mürəkkəb olması ilə əlaqədar məhkəmənin hazırlıq iclasının keçirilməsi müddəti uzadıldıqda, məhkəmə hazırlıq

iclasına qədər bu Məcəllənin 155.1-155.3-cü maddələrində nəzərdə tutulmuş əsasların mövcudluğunu araşdıraraq,

həbs və ya ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə

qərar qəbul edir.”.

21. 448.5-ci maddə ləğv edilsin.

22. 448.7-ci maddədən “bu Məcəllənin 448.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olunmaqla,” sözləri

çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakışəhəri, 17 oktyabr 2014-cü il.

17 Noyabr 2014, 09:11

http://www.azertag.net

9291—9300 / 10511

11 Noyabr 2014, 09:11

Gədəbəy rayonunun Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

11 Noyabr 2014, 09:11

S.Ə. Kəriminin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

11 Noyabr 2014, 09:11

B.A. Ağarəhimova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

11 Noyabr 2014, 09:11

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçilərinin təltif edilməsi haqqında   ətraflı...

7 Noyabr 2014, 09:11

Lənkəran şəhərinin Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

6 Noyabr 2014, 09:11

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

6 Noyabr 2014, 09:11

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında   ətraflı...

6 Noyabr 2014, 09:11

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı barədə   ətraflı...

6 Noyabr 2014, 09:11

Mərkəzi Seçki Komissiyasının 31 oktyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

6 Noyabr 2014, 09:11

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa işlərinin aparılması haqqında   ətraflı...