2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müasir Müsavat Partiyası səlahiyyətli nümayəndələr
və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq
sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən
etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Müasir Müsavat Partiyasının
səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
Yusubov Fazil Feyzi oğlu
Atamov Barat Fərman oğlu
İsgəndərova Bahar Məhəmməd qızı
Yusifova Fəridə Feyzi qızı
Əmirov Gülbəy Sədir oğlu
Abbasov Rafiq Rəvvaq oğlu
Həbibov Asif Müslüm oğlu
İmanov Əli Şəmistan oğlu
Məmmədov Eldar Tapdıq oğlu
Rizayev Adail Aqadin oğlu
Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:
Paşayeva Zəhra Qulam qızı
Zeynalova Kamilə Nəso qızı
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib MikayılRəhimov
17 Noyabr 2014, 09:11
28 Dekabr 2022, 15:12
“Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
28 Dekabr 2022, 15:12
Apellyasiya məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri sədrlərinin, sədrləri müavinlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Dekabr 2022, 15:12
Məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyət göstərmiş şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Dekabr 2022, 15:12
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
28 Dekabr 2022, 11:12
Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri R.S.Mustafayevin iqamətgahı Haaqa şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Dekabr 2022, 11:12
M.M.Əliyevin Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Dekabr 2022, 11:12
R.F.İsmayılovun Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Dekabr 2022, 08:12
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
28 Dekabr 2022, 08:12
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 697-VIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
28 Dekabr 2022, 08:12
“ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsviri ətraflı...