23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində dairə seçki komissiyalarının trenerləri və aşağı seçki komissiyaları üzvləri üçün treninqlərin təşkilinə dair

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması,

seçki sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin, habelə digər seçki subyektlərinin seçki prosesində

fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə öz səlahiyyətləri daxilində mütəmadi olaraq müxtəlif səpkili maarifləndirmə

layihələri və tədbirləri həyata keçirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı və 27 dekabr 2011-ci il tarixli Sərəncamları ilə təsdiq

edilmiş “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə” və “Azərbaycan Respublikasında insan

hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində” Milli Fəaliyyət Plan və Proqramlarından irəli

gələn vəzifələrin icrası ilə əlaqədar aşağı seçki komissiyaları üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların

daha səmərəli təşkilinə nail olunmuş, prosesin davamlılığının təmin edilməsi və keyfiyyətinin daha da artırılması üçün

sanballı hüquqi zəmin yaranmışdır.

Əyani vəsait və proqramlardan istifadə olunmaqla, 36 nəfərdən çox olmayan qruplara bölünən aşağı seçki

komissiyaları üzvləri üçün müxtəlif beynəlxalq qurumlarla birlikdə yerlərdə təşkil edilmiş treninqlərin tətbiqinə dair

təcrübənin əsası hələ 2002-ci ildən qoyulmuş, sonradan hər dairə seçki komissiyasından 2 nəfər olmaqla bu sahədə

ixtisaslaşmış trenerlərin hazırlanması ilə daha da təkmilləşmişdir.

Hazırda maarifləndirmə sahəsində istiqamətverici hüquqi aktların seçki komissiyalarına aid olan hissədə icrasının təmin

edilməsi və cari il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin təşkilinin daha da təkmilləşdirilməsi məqsədilə,

müxtəlif yerli və beynəlxalq subyektlər tərəfindən səmərəli maarifləndirmə vasitəsi kimi yüksək qiymətləndirilmiş və

praktikada özünü doğrultmuş bu təcrübənin davam etdirilməsi zərurəti yaranmışdır.

İrimiqyaslı maarifləndirmə tədbirlərinin davamı olaraq, qarşıdan gələn seçkilərdə mövcud dairə seçki komissiyalarının

trenerləri üçün Bakı şəhərində 4 günlük “trenerlərin treninqi”nin təşkil edilməsi, habelə fəaliyyətdə olan dairə və

məntəqə seçki komissiyalarının bütün üzvləri üçün regionlarda, hər qrupa 36 nəfərdən çox olmayaraq komissiya üzvü

cəlb edilməklə formalaşmış təcrübəyə uyğun olaraq treninqlərin keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Artıq

təşkilati işlərin yüksək səviyyədə həyata keçirilməsinin təmin edilməsi üçün lazım olan müvafiq maarifləndirmə material

və vasitələrinin hazırlanması və digər zəruri hazırlıq işləri də başa çatmışdır.

Qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası

Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. 2014-cü ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar aşağıda göstərilən subyektlər üçün, qeyd

edilən qaydada və müddətdə treninqlər keçirilsin:

1.1 Mövcud dairə seçki komissiyalarının hər birindən 2 nəfər trener olmaqla 17-20 noyabr 2014-cü ildə, Bakı

şəhərində 4 günlük “trenerlər üçün treninqlər”.

1.2 Mövcud dairə və məntəqə seçki komissiyalarının bütün üzvləri üçün 25 noyabr 2014-cü ildən başlayaraq müvafiq

dairə seçki komissiyalarının inzibati binalarında treninqlər.

2. Treninqlərin təşkili ilə əlaqədar zəruri olan maddi-texniki təchizat tədbirləri görülsün.

3. Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları öz səlahiyyətləri daxilində bu qərarın icrası ilə əlaqədar

müvafiq tədbirlər görsün.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib MikayılRəhimov

 

17 Noyabr 2014, 09:11

http://www.azertag.net

9591—9600 / 10511

26 Avqust 2014, 09:08

"Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

26 Avqust 2014, 09:08

"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

26 Avqust 2014, 09:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

26 Avqust 2014, 09:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

25 Avqust 2014, 09:08

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında   ətraflı...

22 Avqust 2014, 10:08

"Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 269 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

22 Avqust 2014, 10:08

"Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

22 Avqust 2014, 10:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş "Yol hərəkəti haqqında"Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

22 Avqust 2014, 10:08

"Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram"ın təsdiq edilməsi barədə   ətraflı...

22 Avqust 2014, 10:08

"İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...