Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Fələstin Dövlətinin elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və

Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Fələstin dostluğu xalqlarımızın iradəsini əks etdirərək bundan sonra da əməkdaşlığımızın

dərinləşməsinə öz töhfəsini verəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və tərəqqi diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakışəhəri, 12 noyabr 2014-cü il

17 Noyabr 2014, 09:11

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...