Azərbaycan Rus İcması İctimai Birliyinin IV qurultayının iştirakçılarına

Hörmətli qurultay iştirakçıları!

Sizi – Azərbaycan Rus İcması İctimai Birliyinin IV qurultayının iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınıza ən xoş arzularımı yetirirəm.

Tarixən müxtəlif xalqlar və dinlər arasında səmimi dostluq, qardaşlıq, qarşılıqlı hörmət və etimad mühitinin hökm sürdüyü Azərbaycanda rus icması həmişə əmin-amanlıq şəraitində yaşamış, dil və mədəniyyətini, milli və dini adət-ənənələrini qoruyub saxlamaqla, çoxmillətli cəmiyyətimizin etnik-mənəvi mənzərəsini özünəməxsus çalarlarla zənginləşdirmişdir.

Məmnuniyyətlə qeyd etmək istərdim ki, Azərbaycanın rus əhalisi ictimai-siyasi həyatımızda, milli dövlətçiliyimizin inkişafında yaxından iştirak edir. Onların tam və bərabərhüquqlu vətəndaş kimi cəmiyyətə inteqrasiyası və etnik-mədəni özünəməxsusluğunun qorunub saxlanması üçün ölkəmizdə hərtərəfli hüquqi-demokratik şərait təmin olunmuşdur. Sovet İttifaqının süqutundan sonra postsovet məkanında rus dilinə qarşı məlum basqı və neqativ halların əksinə olaraq, bu gün Azərbaycanda rus dilində orta ümumtəhsil məktəbləri, ali təhsil ocaqları, universitetlərdə rusdilli bölmələr, Dövlət Rus Dram Teatrı, rusdilli teatr truppaları, rusdilli mətbu orqanlar və digər ictimai-mədəni qurumlar öz fəaliyyətini uğurla davam etdirməkdədir.

Təsadüfi deyil ki, hazırda Cənubi Qafqazda ən böyük rus icması məhz bizim ölkəmizdə yaşayır. 1988-1989-cu illərdə Ermənistanda azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə və deportasiya nəticəsində mürtəce erməni şovinizmindən əziyyət çəkən rus xalqının minlərlə nümayəndəsinin Azərbaycana pənah gətirməsi də burada millətlərarası münasibətlərin və etnik-dini tolerantlığın necə yüksək səviyyədə olduğuna bariz nümunədir.

Azərbaycan Rus İcması Birliyi, ictimai təşkilat olaraq, 20 ildən artıqdır ki, vətəndaş cəmiyyəti quruculuğunda səmərəli fəaliyyət göstərir, xalqlarımızın və mədəniyyətlərimizin bir-birinə daha da yaxınlaşmasında və qarşılıqlı zənginləşməsində önəmli işlər görür. Əminəm ki, bu təşkilat respublikamızın rus icmasını bundan sonra da layiqincə təmsil edəcək, cəmiyyətimizdə vətəndaş həmrəyliyinin, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında səylərini gücləndirəcəkdir.

 

Bu yolda hər birinizə cansağlığı və qurultayınızın işinə uğurlar arzulayıram.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 noyabr 2014-cü il. 

17 Noyabr 2014, 09:11

http://www.azertag.net

6701—6710 / 10511

24 İyun 2016, 09:06

Azərbaycan Respublikasının maşınqayırma sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

24 İyun 2016, 09:06

Ə.Y.Qaraxanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

24 İyun 2016, 09:06

A.A. Hacıyevin Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

24 İyun 2016, 09:06

N.M.Əliyevanın Bakı Slavyan Universitetinin rektoru təyin edilməsi haqqında   ətraflı...

24 İyun 2016, 09:06

C.M.Cəfərovun Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

24 İyun 2016, 09:06

C.M.Cəfərovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edilməsi haqqında   ətraflı...

24 İyun 2016, 09:06

N.H.Novruzovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

24 İyun 2016, 09:06

Ə.Q.Baxşıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

24 İyun 2016, 09:06

A.M.Qasımovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

23 İyun 2016, 09:06

Dövlət qulluqçularının təltif edilməsi haqqında   ətraflı...