Azərbaycan Rus İcması İctimai Birliyinin IV qurultayının iştirakçılarına

Hörmətli qurultay iştirakçıları!

Sizi – Azərbaycan Rus İcması İctimai Birliyinin IV qurultayının iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınıza ən xoş arzularımı yetirirəm.

Tarixən müxtəlif xalqlar və dinlər arasında səmimi dostluq, qardaşlıq, qarşılıqlı hörmət və etimad mühitinin hökm sürdüyü Azərbaycanda rus icması həmişə əmin-amanlıq şəraitində yaşamış, dil və mədəniyyətini, milli və dini adət-ənənələrini qoruyub saxlamaqla, çoxmillətli cəmiyyətimizin etnik-mənəvi mənzərəsini özünəməxsus çalarlarla zənginləşdirmişdir.

Məmnuniyyətlə qeyd etmək istərdim ki, Azərbaycanın rus əhalisi ictimai-siyasi həyatımızda, milli dövlətçiliyimizin inkişafında yaxından iştirak edir. Onların tam və bərabərhüquqlu vətəndaş kimi cəmiyyətə inteqrasiyası və etnik-mədəni özünəməxsusluğunun qorunub saxlanması üçün ölkəmizdə hərtərəfli hüquqi-demokratik şərait təmin olunmuşdur. Sovet İttifaqının süqutundan sonra postsovet məkanında rus dilinə qarşı məlum basqı və neqativ halların əksinə olaraq, bu gün Azərbaycanda rus dilində orta ümumtəhsil məktəbləri, ali təhsil ocaqları, universitetlərdə rusdilli bölmələr, Dövlət Rus Dram Teatrı, rusdilli teatr truppaları, rusdilli mətbu orqanlar və digər ictimai-mədəni qurumlar öz fəaliyyətini uğurla davam etdirməkdədir.

Təsadüfi deyil ki, hazırda Cənubi Qafqazda ən böyük rus icması məhz bizim ölkəmizdə yaşayır. 1988-1989-cu illərdə Ermənistanda azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə və deportasiya nəticəsində mürtəce erməni şovinizmindən əziyyət çəkən rus xalqının minlərlə nümayəndəsinin Azərbaycana pənah gətirməsi də burada millətlərarası münasibətlərin və etnik-dini tolerantlığın necə yüksək səviyyədə olduğuna bariz nümunədir.

Azərbaycan Rus İcması Birliyi, ictimai təşkilat olaraq, 20 ildən artıqdır ki, vətəndaş cəmiyyəti quruculuğunda səmərəli fəaliyyət göstərir, xalqlarımızın və mədəniyyətlərimizin bir-birinə daha da yaxınlaşmasında və qarşılıqlı zənginləşməsində önəmli işlər görür. Əminəm ki, bu təşkilat respublikamızın rus icmasını bundan sonra da layiqincə təmsil edəcək, cəmiyyətimizdə vətəndaş həmrəyliyinin, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında səylərini gücləndirəcəkdir.

 

Bu yolda hər birinizə cansağlığı və qurultayınızın işinə uğurlar arzulayıram.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 noyabr 2014-cü il. 

17 Noyabr 2014, 09:11

http://www.azertag.net

6621—6630 / 10511

19 İyul 2016, 09:07

“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 285-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

19 İyul 2016, 09:07

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 287-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

19 İyul 2016, 09:07

“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016 cı il 14 iyun tarixli 270-VQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

19 İyul 2016, 09:07

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

19 İyul 2016, 09:07

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 980-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 262 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

19 İyul 2016, 09:07

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 168 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

19 İyul 2016, 09:07

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 10 avqust tarixli 178 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

19 İyul 2016, 09:07

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 18 mart tarixli 89-IVQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 422 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

19 İyul 2016, 09:07

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

19 İyul 2016, 09:07

“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...