“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 522, № 12, maddə 731; 2003, № 1, maddə 16; 2007, № 10, maddə 938; 2008, № 5, maddə 341, № 7, maddə 602; 2010, № 11, maddə 949; 2011, № 2, maddə 71, №10, maddə 884) 14-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Mətni 14.1-ci maddə hesab edilsin və həmin maddədən “və fiziki” sözləri çıxarılsın.

2. Aşağıdakı məzmunda 14.2-ci maddə əlavə edilsin:

“14.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində fiziki şəxslərin vasitəçilik fəaliyyəti qadağandır.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 oktyabr 2014-cü il.

5 Noyabr 2014, 10:11

http://www.azertag.net

4711—4720 / 10511

3 Noyabr 2017, 05:11

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

3 Noyabr 2017, 05:11

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Latviya Respublikasının İqtisadiyyat Nazirliyi arasında tikinti təhlükəsizliyi üzərində dövlət nəzarəti sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə   ətraflı...

3 Noyabr 2017, 05:11

Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Polşa Respublikasının Energetika Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında   ətraflı...

3 Noyabr 2017, 05:11

“Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli Sərəncamının ləğv edilməsi barədə   ətraflı...

3 Noyabr 2017, 05:11

Akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

3 Noyabr 2017, 05:11

Sumqayıt Dövlət Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında   ətraflı...

3 Noyabr 2017, 05:11

Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

1 Noyabr 2017, 07:11

Naxçıvan Dövlət Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında   ətraflı...

1 Noyabr 2017, 07:11

Naxçıvan Dövlət Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

30 Oktyabr 2017, 05:10

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...