“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 11, maddə 387, № 12, maddə 454; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226; 2001, № 11, maddə 683; 2002, № 8, maddə 463; 2004, № 2, maddə 57, № 5, maddə 321, № 8, maddə 598; 2005, № 4, maddə 278, № 6, maddə 464; 2006, № 3, maddə 225; 2007, № 11, maddələr 1049, 1053; 2010, № 4, maddə 276; 2012, № 5, maddə 414) aşağıdakı dəyişikliklər edilsin:

1. 12-1.1.2-ci maddədə “hər il maliyyə hesabatını müvafiq icra hakimiyyəti orqanına” sözləri “bu Qanunun 21.2-ci maddəsində nəzərdə tutulmuş maliyyə hesabatını və 21.4-1-ci maddəsində nəzərdə tutulmuş məlumatları və sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına” sözləri ilə əvəz edilsin.

2. 17-1.6-cı maddədə “Azərbaycan Respublikasının Qanununa” sözlərindən sonra “və bu Qanuna” sözləri əlavə edilsin.

3. Aşağıdakı məzmunda 18-1-ci maddə əlavə edilsin:

“Maddə 18-1. Üzvlük haqqı

Üzvlük haqqı siyasi partiyanın üzvləri tərəfindən siyasi partiyanın nizamnaməsinə uyğun olaraq pul formasında mütəmadi ödənilən vəsaitdir. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir.”.

4. Aşağıdakı məzmunda 19.7-ci maddə əlavə edilsin:

“19.7. Şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi on min manatdan artıq ola bilməz.”.

5. 21-ci maddə üzrə:

5.1. 21.1-ci maddədə “partiyalar” sözündən sonra “bu Qanunla müəyyən edilmiş tələbləri nəzərə almaqla” sözləri əlavə edilsin;

5.2. 21.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilir.”;

5.3. aşağıdakı məzmunda 21.4-1-ci və 21.6-cı maddələr əlavə edilsin:

“21.4-1. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında siyasi partiyalar maliyyə fəaliyyətlərinə dair əlavə məlumatları və sənədləri təqdim edirlər.”;

“21.6. Siyasi partiyaların illik maliyyə hesabatları Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2014-cü il.

 

5 Noyabr 2014, 09:11

http://www.azertag.net

6881—6890 / 10511

6 May 2016, 09:05

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında   ətraflı...

6 May 2016, 09:05

Y.Ə.Məmmədovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

5 May 2016, 10:05

“ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında   ətraflı...

5 May 2016, 10:05

Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

5 May 2016, 10:05

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun təşkilində fərqlənmiş şəxslərin təltif edilməsi haqqında   ətraflı...

5 May 2016, 10:05

“Gəncə - 2016-cı il Avropa gənclər paytaxtı” layihəsinin açılış mərasiminin iştirakçılarına   ətraflı...

4 May 2016, 09:05

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması Qaydası haqqında   ətraflı...

4 May 2016, 09:05

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası barədə   ətraflı...

4 May 2016, 09:05

Mərkəzi Seçki Komissiyasının 29 aprel 2016-cı il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

4 May 2016, 09:05

Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...