Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838; Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 988-IVQD nömrəli və 27 iyun tarixli 1014-IVQD nömrəli qanunları) 55.3-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Bununla bağlı xərclər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ödənilir.”;

2. üçüncü cümlə çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2014-cü il.

5 Noyabr 2014, 09:11

http://www.azertag.net

6371—6380 / 10511

13 Oktyabr 2016, 09:10

Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinin təltif edilməsi haqqında   ətraflı...

13 Oktyabr 2016, 09:10

İ.Ə.Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

13 Oktyabr 2016, 09:10

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

12 Oktyabr 2016, 09:10

Azərbaycan Respublikası Mərkəzi Seçki (referendum) Komissiyasının Protokolu   ətraflı...

12 Oktyabr 2016, 09:10

26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı   ətraflı...

12 Oktyabr 2016, 09:10

2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və yekunların elan edilməsi haqqında   ətraflı...

12 Oktyabr 2016, 09:10

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında   ətraflı...

12 Oktyabr 2016, 09:10

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında   ətraflı...

12 Oktyabr 2016, 09:10

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında   ətraflı...

7 Oktyabr 2016, 09:10

Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında   ətraflı...