“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 92; 2001, № 11, maddə 683; 2004, № 2, maddə 57, № 10, maddə 761; 2007, № 10, maddə 938; 2009, № 12, maddə 948) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin birinci hissəsinin ikinci abzasında, 6-cı maddənin 2-ci hissəsinin üçüncü abzasında və 13-cü maddənin ikinci abzasında “əmlakı” sözü “dövlətin əmlak maraqları” sözləri ilə əvəz edilsin.

2. 6-cı maddənin 6-cı hissəsində “əmlakına, habelə ətraf mühitə zərər” sözləri “dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər” sözləri ilə əvəz edilsin.

3. 7-ci maddənin 4-cü hissəsinin ikinci abzasında “əmlakına, habelə ətraf mühitə zərər” sözləri “dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə təhlükə yaratmamalı və ya zərər” sözləri ilə əvəz edilsin.

4. 10-cu maddənin 2-ci hissəsində “istehlakçıların müraciət və şikayətlərinin təmin edilməsi, habelə müvafiq qanunvericilikdə və standartlarda nəzərdə tutulan hallar istisna olmaqla, ildə iki dəfədən çox olmamaq şərti ilə, standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi plan üzrə, yalnız” sözləri “standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi plan üzrə və ya plandankənar, ” sözləri ilə və “əmlakına, habelə ətraf mühitə zərər” sözləri “dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər” sözləri ilə əvəz edilsin.

5. 11-ci maddə üzrə:

5.1. birinci hissənin yeddinci və doqquzuncu abzaslarında “əmlakına, habelə ətraf mühitə zərər” sözləri “dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər” sözləri ilə əvəz edilsin;

5.2. ikinci hissədə “cərimə edilirlər” sözləri “məsuliyyətə cəlb edilirlər” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2014-cü il.

5 Noyabr 2014, 09:11

http://www.azertag.net

9411—9420 / 10511

22 Oktyabr 2014, 09:10

Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 23 dekabr 2014-cü ilə təyin edilməsi barədə   ətraflı...

22 Oktyabr 2014, 09:10

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin işçilərinə fəxri adlar verilməsi haqqında   ətraflı...

22 Oktyabr 2014, 09:10

Gəncə şəhərini Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

22 Oktyabr 2014, 09:10

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin bir qrup işçisinin təltif edilməsi haqqında   ətraflı...

22 Oktyabr 2014, 09:10

Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında   ətraflı...

22 Oktyabr 2014, 09:10

Müstəqil Dövlətlər Birliyi iştirakçı ölkələrinin Dəmiryol Nəqliyyatı Şurasının növbəti iclasının iştirakçılarına   ətraflı...

22 Oktyabr 2014, 09:10

Kristof dö Marjerinin ailəsinə   ətraflı...

22 Oktyabr 2014, 09:10

Fransa Respublikasının Prezidenti Zati-aliləri cənab Fransua Ollanda   ətraflı...

22 Oktyabr 2014, 09:10

“Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında”Sazişin təsdiq edilməsi barədə   ətraflı...

22 Oktyabr 2014, 09:10

“Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə   ətraflı...