“Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226, № 5, maddə 379; 2001, № 11, maddələr 676, 683; 2004, № 6, maddə 397; 2005, № 1, maddə 5, № 8, maddə 684; 2006, № 11, maddə 922; 2007, № 5, maddə 437, № 11, maddə 1049; 2010, № 3, maddə 171; 2012, № 7, maddə 672; 2013, № 1, maddə 17) 1-ci maddəsinin ikinci hissəsinin beşinci abzasından “hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 oktyabr 2014-cü il.

31 Oktyabr 2014, 09:10

http://www.azertag.net

6431—6440 / 10511

22 Sentyabr 2016, 09:09

Mərkəzi Seçki Komissiyasının 10 sentyabr 2016-cı il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

22 Sentyabr 2016, 09:09

Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında   ətraflı...

22 Sentyabr 2016, 09:09

İ.Ə.Zəkiyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

22 Sentyabr 2016, 09:09

Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında   ətraflı...

21 Sentyabr 2016, 09:09

“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında   ətraflı...

20 Sentyabr 2016, 09:09

Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

20 Sentyabr 2016, 09:09

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında   ətraflı...

20 Sentyabr 2016, 09:09

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında   ətraflı...

20 Sentyabr 2016, 09:09

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında   ətraflı...

20 Sentyabr 2016, 09:09

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...