Türkiyə Respublikasının Baş naziri Zati-aliləri cənab Əhməd Davudoğluna
Hörmətli cənab Baş nazir,
Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Xalqlarımızı birləşdirən möhkəm dostluq və qardaşlıq hissləri bu gün dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsində və real məzmununda özünü əyani şəkildə nümayiş etdirməkdədir.
Əminəm ki, birliyimizin və müttəfiqliyimizin bariz ifadəsi olan sıx qarşılıqlı fəaliyyətimiz, həyata keçirdiyimiz irimiqyaslı layihələr bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 oktyabr 2014-cü il.
29 Oktyabr 2014, 09:1011 Mart 2016, 09:03
“Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
11 Mart 2016, 09:03
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 149-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
11 Mart 2016, 09:03
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
11 Mart 2016, 09:03
“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 151-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
11 Mart 2016, 09:03
“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
11 Mart 2016, 09:03
“Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 152-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
11 Mart 2016, 09:03
“Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
11 Mart 2016, 09:03
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 154-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
11 Mart 2016, 09:03
"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
11 Mart 2016, 09:03
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 148-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...