Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Türkiyə sürətli və dinamik inkişaf yolu keçərək bu gün dünya miqyasında aparıcı ölkələr sırasına çıxmış, nüfuzlu güc mərkəzinə çevrilmişdir. Biz Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik.

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı ortaq tarixə, milli, mənəvi köklərə malik olan xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlət başçısı kimi fəaliyyətinizin ilk günlərində ölkəmizə rəsmi səfəriniz Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu bir daha təsdiq edir.

Əminəm ki, qarşılıqlı inam, etimad və dəstəyimiz, birgə həyata keçirdiyimiz nəhəng enerji, nəqliyyat layihələri, o cümlədən reallaşdırmağa başladığımız TANAP–Trans-Anadolu qaz boru kəməri dostluq və qardaşlıq münasibətlərimizin daha da möhkəmlənməsinə, ölkələrimizin çiçəklənməsinə, xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcək.

Belə bir xoş gündə Sizə bir daha təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 25 oktyabr 2014-cü il.

29 Oktyabr 2014, 09:10

http://www.azertag.net

8881—8890 / 10511

12 Yanvar 2015, 09:01

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 yanvar 2015-ci il tarixli 149 saylı müraciətə baxılması barədə   ətraflı...

12 Yanvar 2015, 09:01

Mərkəzi Seçki Komissiyasının 7 yanvar və 9 yanvar 2015-ci il tarixli iclas protokollarının təsdiq edilməsi barədə   ətraflı...

12 Yanvar 2015, 09:01

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1167-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

12 Yanvar 2015, 09:01

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 yanvar 2015-ci il tarixli 139 saylı müraciətə baxılması barədə   ətraflı...

12 Yanvar 2015, 09:01

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 yanvar 2015-ci il tarixli 148 saylı müraciətə baxılması barədə   ətraflı...

12 Yanvar 2015, 09:01

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 yanvar 2015-ci il tarixli 145 saylı müraciətə baxılması barədə   ətraflı...

12 Yanvar 2015, 09:01

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 yanvar 2015-ci il tarixli 146 saylı müraciətə baxılması barədə   ətraflı...

12 Yanvar 2015, 09:01

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 yanvar 2015-ci il tarixli 143 saylı müraciətə baxılması barədə   ətraflı...

12 Yanvar 2015, 09:01

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 yanvar 2015-ci il tarixli 144 saylı müraciətə baxılması barədə   ətraflı...

12 Yanvar 2015, 09:01

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 yanvar 2015-ci il tarixli 138 saylı müraciətə baxılması barədə   ətraflı...