Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Türkiyə sürətli və dinamik inkişaf yolu keçərək bu gün dünya miqyasında aparıcı ölkələr sırasına çıxmış, nüfuzlu güc mərkəzinə çevrilmişdir. Biz Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik.
Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı ortaq tarixə, milli, mənəvi köklərə malik olan xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlət başçısı kimi fəaliyyətinizin ilk günlərində ölkəmizə rəsmi səfəriniz Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu bir daha təsdiq edir.
Əminəm ki, qarşılıqlı inam, etimad və dəstəyimiz, birgə həyata keçirdiyimiz nəhəng enerji, nəqliyyat layihələri, o cümlədən reallaşdırmağa başladığımız TANAP–Trans-Anadolu qaz boru kəməri dostluq və qardaşlıq münasibətlərimizin daha da möhkəmlənməsinə, ölkələrimizin çiçəklənməsinə, xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcək.
Belə bir xoş gündə Sizə bir daha təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 oktyabr 2014-cü il.
29 Oktyabr 2014, 09:1020 İyun 2016, 09:06
Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
20 İyun 2016, 09:06
G.H.Məmmədovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...
20 İyun 2016, 09:06
Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə ətraflı...
17 İyun 2016, 09:06
Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında ətraflı...
17 İyun 2016, 09:06
S.Q.Həbibovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...
17 İyun 2016, 09:06
Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
17 İyun 2016, 09:06
Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
17 İyun 2016, 09:06
A.A.Nəzərlinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında ətraflı...
14 İyun 2016, 09:06
Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında ətraflı...
14 İyun 2016, 09:06
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında ətraflı...