Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Türkiyə sürətli və dinamik inkişaf yolu keçərək bu gün dünya miqyasında aparıcı ölkələr sırasına çıxmış, nüfuzlu güc mərkəzinə çevrilmişdir. Biz Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik.

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı ortaq tarixə, milli, mənəvi köklərə malik olan xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlət başçısı kimi fəaliyyətinizin ilk günlərində ölkəmizə rəsmi səfəriniz Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu bir daha təsdiq edir.

Əminəm ki, qarşılıqlı inam, etimad və dəstəyimiz, birgə həyata keçirdiyimiz nəhəng enerji, nəqliyyat layihələri, o cümlədən reallaşdırmağa başladığımız TANAP–Trans-Anadolu qaz boru kəməri dostluq və qardaşlıq münasibətlərimizin daha da möhkəmlənməsinə, ölkələrimizin çiçəklənməsinə, xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcək.

Belə bir xoş gündə Sizə bir daha təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 25 oktyabr 2014-cü il.

29 Oktyabr 2014, 09:10

http://www.azertag.net

5701—5710 / 10511

24 Fevral 2017, 09:02

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda dəyişikliklər edilməsi barədə   ətraflı...

24 Fevral 2017, 09:02

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

24 Fevral 2017, 09:02

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair Əməkdaşlıq Sazişinin təsdiq edilməsi haqqında   ətraflı...

24 Fevral 2017, 09:02

Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası, Türkiyə Respublikası və Ukrayna mülki aviasiya hakimiyyəti orqanları arasında ICAO çərçivəsində əməkdaşlığa və ICAO orqanlarında təmsilçiliyə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında   ətraflı...

24 Fevral 2017, 09:02

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi arasında regionlararası əməkdaşlıq sahəsində Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında   ətraflı...

24 Fevral 2017, 09:02

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə   ətraflı...

24 Fevral 2017, 09:02

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə   ətraflı...

24 Fevral 2017, 09:02

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə   ətraflı...

24 Fevral 2017, 09:02

Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında ticarət və investisiya əməkdaşlığı üzrə Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında   ətraflı...

24 Fevral 2017, 09:02

“Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...