Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Aşağıdakı hakimlər başqa vəzifəyə dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Abiyeva Kəmalə Nəbi qızı,
Babayev Qədim Xalid oğlu,
Cəfərov Namiq Şamil oğlu,
Hacıyev Sənan Firudin oğlu,
Həmidov Həmid Üzeyir oğlu,
Hüseynov Abiddin Qabil oğlu,
Şirinov İkram Sabir oğlu.
2. 2013-cü il avqustun 6-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Abbasov Natiq Mehdi oğlu,
Həsənov Elnur Məmmədsaat oğlu,
Həsənov Vüqar Təvəkgül oğlu,
İmanov Azad Nizam oğlu,
Məmmədov Vüqar Kamal oğlu,
Murquzov İlqar Mustafa oğlu,
Talışinski Fuad Şəmsəddin oğlu.
3. Bu Qərar 2013-cü il avqustun 6-dan qüvvəyə minir.
O.Əsədov
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
Bakı şəhəri, 2 iyul 2013-cü il.
18 Noyabr 2014, 09:11
Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi QAYDALARI ətraflı...
18 Noyabr 2014, 09:11
“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında ətraflı...
18 Noyabr 2014, 09:11
Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları ətraflı...
18 Noyabr 2014, 09:11
“Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında ətraflı...
18 Noyabr 2014, 09:11
Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
18 Noyabr 2014, 09:11
Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə ətraflı...
18 Noyabr 2014, 09:11
Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Andris Berzinşə ətraflı...
18 Noyabr 2014, 09:11
“Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ətraflı...
18 Noyabr 2014, 09:11
Uşaqların Üçüncü Ümumrespublika Forumunun iştirakçılarına ətraflı...
17 Noyabr 2014, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...