Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 23 dekabr 2014-cü ilə təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinin II və III bəndlərinə əsasən Azərbaycan Respublikasında bələdiyyələr qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq yaradılır və qanunvericiliklə müəyyən edilmiş qaydada seçkilər əsasında formalaşdırılır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 210.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir. Həmin Məcəllənin 211.1-211.2-ci maddələrinə əsasən bələdiyyələrin səlahiyyət müddəti başlanğıcı səsvermənin keçirildiyi, başa çatması isə yeni seçilən bələdiyyələrin birinci iclas günü olmaqla 5 ildir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən bələdiyyə seçkiləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir.
Hazırda 23 dekabr 2009-cu ildə keçirilmiş seçkilər nəticəsində formalaşmış bələdiyyələrin səlahiyyət müddətinin başa çatmaqda olması səbəbindən həmin bələdiyyələrə növbəti seçkilərin, 30 noyabr 2011-ci ildə keçirilmiş təkrar seçkilər nəticəsində formalaşmış 9 bələdiyyənin (siyahı əlavə edilir) üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə müvafiq qərarlar qəbul edildiyindən həmin bələdiyyələr üzrə əlavə seçkilərin keçirilməsi zərurəti yaranmışdır.
Mərkəzi Seçki Komissiyası hesab edir ki, qeyd edilən xüsusatlar nəzərə alınmaqla ölkə üzrə bələdiyyələrin tam siyahısı dərc edilərək növbəti seçkilərin 23 dekabr 2014-cü ilə təyin edilməsi məqsədəmüvafiqdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Konstitusiyasının 142-ci və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 8-ci, 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 213-cü və 244-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 23 dekabr 2014-cü ilə təyin edilsin.
2. Ölkə üzrə bələdiyyələrin tam siyahısı dərc edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
22 Oktyabr 2014, 09:105 Yanvar 2015, 09:01
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 102 saylı müraciətə baxılması barədə ətraflı...
5 Yanvar 2015, 09:01
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 97 saylı müraciətə baxılması barədə ətraflı...
5 Yanvar 2015, 09:01
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 yanvar 2015-ci il tarixli 111 saylı müraciətə baxılması barədə ətraflı...
5 Yanvar 2015, 09:01
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 95 saylı müraciətə baxılması barədə ətraflı...
5 Yanvar 2015, 09:01
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 88 saylı müraciətə baxılması barədə ətraflı...
5 Yanvar 2015, 09:01
Mərkəzi Seçki Komissiyasının 28 dekabr və 29 dekabr 2014-cü il tarixli iclas protokollarının təsdiq edilməsi barədə ətraflı...
5 Yanvar 2015, 09:01
2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 yanvar 2015-ci il tarixli 86 saylı müraciətə baxılması barədə ətraflı...
30 Dekabr 2014, 09:12
Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan Prezidentlərinin Bəyanatının təsdiq edilməsi haqqında ətraflı...
30 Dekabr 2014, 09:12
“Xəzər dənizinin hidrometeorologiyası sahəsindəəməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında ətraflı...
30 Dekabr 2014, 09:12
Azərbaycan Respublikası Prezidentinin və Tacikistan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında ətraflı...