Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 23 dekabr 2014-cü ilə təyin edilməsi barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinin II və III bəndlərinə əsasən Azərbaycan Respublikasında bələdiyyələr qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq yaradılır və qanunvericiliklə müəyyən edilmiş qaydada seçkilər əsasında formalaşdırılır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 210.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir. Həmin Məcəllənin 211.1-211.2-ci maddələrinə əsasən bələdiyyələrin səlahiyyət müddəti başlanğıcı səsvermənin keçirildiyi, başa çatması isə yeni seçilən bələdiyyələrin birinci iclas günü olmaqla 5 ildir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən bələdiyyə seçkiləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir.

Hazırda 23 dekabr 2009-cu ildə keçirilmiş seçkilər nəticəsində formalaşmış bələdiyyələrin səlahiyyət müddətinin başa çatmaqda olması səbəbindən həmin bələdiyyələrə növbəti seçkilərin, 30 noyabr 2011-ci ildə keçirilmiş təkrar seçkilər nəticəsində formalaşmış 9 bələdiyyənin (siyahı əlavə edilir) üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə müvafiq qərarlar qəbul edildiyindən həmin bələdiyyələr üzrə əlavə seçkilərin keçirilməsi zərurəti yaranmışdır.

Mərkəzi Seçki Komissiyası hesab edir ki, qeyd edilən xüsusatlar nəzərə alınmaqla ölkə üzrə bələdiyyələrin tam siyahısı dərc edilərək növbəti seçkilərin 23 dekabr 2014-cü ilə təyin edilməsi məqsədəmüvafiqdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Konstitusiyasının 142-ci və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 8-ci, 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 213-cü və 244-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 23 dekabr 2014-cü ilə təyin edilsin.

2. Ölkə üzrə bələdiyyələrin tam siyahısı dərc edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr      Məzahir Pənahov

Katib     Arifə Muxtarova

22 Oktyabr 2014, 09:10

http://www.azertag.net

7341—7350 / 10511

10 Fevral 2016, 09:02

Gəncə şəhərinin Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

9 Fevral 2016, 09:02

Qobustan rayonunun Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

8 Fevral 2016, 09:02

Publik hüquqi şəxslər haqqında   ətraflı...

8 Fevral 2016, 09:02

“Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 84-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

8 Fevral 2016, 09:02

Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

8 Fevral 2016, 09:02

"Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 83-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

8 Fevral 2016, 09:02

“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

8 Fevral 2016, 09:02

"Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 85-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

8 Fevral 2016, 09:02

“Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

8 Fevral 2016, 09:02

“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   ətraflı...