Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 23 dekabr 2014-cü ilə təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinin II və III bəndlərinə əsasən Azərbaycan Respublikasında bələdiyyələr qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq yaradılır və qanunvericiliklə müəyyən edilmiş qaydada seçkilər əsasında formalaşdırılır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 210.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir. Həmin Məcəllənin 211.1-211.2-ci maddələrinə əsasən bələdiyyələrin səlahiyyət müddəti başlanğıcı səsvermənin keçirildiyi, başa çatması isə yeni seçilən bələdiyyələrin birinci iclas günü olmaqla 5 ildir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən bələdiyyə seçkiləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir.
Hazırda 23 dekabr 2009-cu ildə keçirilmiş seçkilər nəticəsində formalaşmış bələdiyyələrin səlahiyyət müddətinin başa çatmaqda olması səbəbindən həmin bələdiyyələrə növbəti seçkilərin, 30 noyabr 2011-ci ildə keçirilmiş təkrar seçkilər nəticəsində formalaşmış 9 bələdiyyənin (siyahı əlavə edilir) üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə müvafiq qərarlar qəbul edildiyindən həmin bələdiyyələr üzrə əlavə seçkilərin keçirilməsi zərurəti yaranmışdır.
Mərkəzi Seçki Komissiyası hesab edir ki, qeyd edilən xüsusatlar nəzərə alınmaqla ölkə üzrə bələdiyyələrin tam siyahısı dərc edilərək növbəti seçkilərin 23 dekabr 2014-cü ilə təyin edilməsi məqsədəmüvafiqdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Konstitusiyasının 142-ci və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 8-ci, 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 213-cü və 244-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 23 dekabr 2014-cü ilə təyin edilsin.
2. Ölkə üzrə bələdiyyələrin tam siyahısı dərc edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
22 Oktyabr 2014, 09:1029 Aprel 2016, 09:04
Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə ətraflı...
29 Aprel 2016, 09:04
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qətər Dövlətinin Maliyyə Nazirliyi arasında büdcə və maliyyə məsələləri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə ətraflı...
29 Aprel 2016, 09:04
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
29 Aprel 2016, 09:04
“Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma,habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında ətraflı...
29 Aprel 2016, 09:04
“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
29 Aprel 2016, 09:04
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında ətraflı...
29 Aprel 2016, 09:04
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin strukturu ətraflı...
29 Aprel 2016, 09:04
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə ətraflı...
29 Aprel 2016, 09:04
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009 cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
29 Aprel 2016, 09:04
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 15 aprel tarixli 201-VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi haqqında ətraflı...