Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Son illərdə Gəncə şəhərində zəngin tarixi-mədəni və milli memarlıq ənənələri qorunub saxlanılmaqla şəhərsalma, istirahət-turizm infrastrukturunun yeniləşdirilməsi sahələrində mühüm tədbirlər həyata keçirilmiş, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzi, “Xəmsə” abidəsi, “Gəncə Qala qapıları” Arxeologiya və Etnoqrafiya Muzeyi, Müasir İncəsənət Muzeyi, Heydər Əliyev Park Kompleksi yaradılmış, yüksək standartlara cavab verən 4 mehmanxana tikilmiş, küçələr, çoxsaylı yaşayış binaları yenidən qurulmuş, parklar salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, orta əsrlər Azərbaycan memarlığının qiymətli abidələrindən sayılan “İmamzadə” kompleksinin bərpası, Gəncə Dövlət Filarmoniyası və Gəncə Dövlət Dram Teatrı binalarının tikintisi davam etdirilməkdədir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Gəncə Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 oktyabr 2014-cü il.

22 Oktyabr 2014, 09:10

http://www.azertag.net

8011—8020 / 10511

12 Oktyabr 2015, 09:10

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2015-ci il tarixli 73 saylı müraciətə baxılması barədə   ətraflı...

12 Oktyabr 2015, 09:10

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2015-ci il tarixli 65 saylı və 10 oktyabr 2015-ci il tarixli 81 saylı müraciətlərə baxılması barədə   ətraflı...

12 Oktyabr 2015, 09:10

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2015-ci il tarixli 68 saylı və 10 oktyabr 2015-ci il tarixli 80, 83, 85, 86 saylı müraciətlərə baxılması barədə   ətraflı...

12 Oktyabr 2015, 09:10

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2015-ci il tarixli 69 saylı və 10 oktyabr 2015-ci il tarixli 77 saylı müraciətlərə baxılması barədə   ətraflı...

12 Oktyabr 2015, 09:10

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 4 oktyabr 2015-ci il tarixli 29 saylı müraciətə baxılması barədə   ətraflı...

12 Oktyabr 2015, 09:10

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 oktyabr 2015-ci il tarixli 79 saylı müraciətə baxılması barədə   ətraflı...

12 Oktyabr 2015, 09:10

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2015-ci il tarixli 63 saylı müraciətə baxılması barədə   ətraflı...

12 Oktyabr 2015, 09:10

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2015-ci il tarixli 67 saylı müraciətə baxılması barədə   ətraflı...

12 Oktyabr 2015, 09:10

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2015-ci il tarixli 75 saylı müraciətə baxılması barədə   ətraflı...

12 Oktyabr 2015, 09:10

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2015-ci il tarixli 56 saylı müraciətə baxılması barədə   ətraflı...