Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Son illərdə Gəncə şəhərində zəngin tarixi-mədəni və milli memarlıq ənənələri qorunub saxlanılmaqla şəhərsalma, istirahət-turizm infrastrukturunun yeniləşdirilməsi sahələrində mühüm tədbirlər həyata keçirilmiş, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzi, “Xəmsə” abidəsi, “Gəncə Qala qapıları” Arxeologiya və Etnoqrafiya Muzeyi, Müasir İncəsənət Muzeyi, Heydər Əliyev Park Kompleksi yaradılmış, yüksək standartlara cavab verən 4 mehmanxana tikilmiş, küçələr, çoxsaylı yaşayış binaları yenidən qurulmuş, parklar salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, orta əsrlər Azərbaycan memarlığının qiymətli abidələrindən sayılan “İmamzadə” kompleksinin bərpası, Gəncə Dövlət Filarmoniyası və Gəncə Dövlət Dram Teatrı binalarının tikintisi davam etdirilməkdədir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Gəncə Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 oktyabr 2014-cü il.

22 Oktyabr 2014, 09:10

http://www.azertag.net

4911—4920 / 10511

7 Avqust 2017, 10:08

Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

7 Avqust 2017, 10:08

Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

7 Avqust 2017, 10:08

Balakən rayonunun Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

3 Avqust 2017, 09:08

“20 Yanvar Şəhidi” fəxri adının verilməsi haqqında   ətraflı...

3 Avqust 2017, 09:08

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

3 Avqust 2017, 09:08

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

2 Avqust 2017, 09:08

О дополнительных мерах по продолжению строительно-созидательных работ в Пираллахинском районе города Баку   ətraflı...

2 Avqust 2017, 09:08

Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

2 Avqust 2017, 09:08

V.R.Abdullayevin Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilməsi haqqında   ətraflı...

2 Avqust 2017, 09:08

Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının ƏSASNAMƏSİ   ətraflı...