Müstəqil Dövlətlər Birliyi iştirakçı ölkələrinin Dəmiryol Nəqliyyatı Şurasının növbəti iclasının iştirakçılarına

Hörmətli iştirakçılar!

Sizi Bakı şəhərində Dəmiryol Nəqliyyatı Şurasının növbəti iclasının öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə cansağlığı və yeni-yeni nailiyyətlər arzu edirəm.

Beynəlxalq nəqliyyat təşkilatları sırasında Avropa və Asiya ölkələrini birləşdirən Dəmiryol Nəqliyyatı Şurasının özünəməxsus yeri vardır. Şuranın fəaliyyəti sayəsində ölkələrimizin dəmir yolları arasında sıx əməkdaşlıq əlaqələri qurulmuş, yük və sərnişin daşımalarının fasiləsiz təmin edilməsinə, infrastrukturun və hərəkət tərkiblərinin yenilənməsinə, razılaşdırılmış beynəlxalq tarif siyasətinin həyata keçirilməsinə və hüquqi bazanın təkmilləşdirilməsinə nail olunmuşdur.

Azərbaycan Respublikasında nəqliyyat sektoru iqtisadiyyatın inkişafında mühüm mövqeyə malikdir. Bu gün yol-nəqliyyat kompleksinin bütün sahələri sürətlə modernləşdirilir, yalnız ölkə miqyasında deyil, eləcə də region üçün əhəmiyyətli layihələr həyata keçirilir.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası, qəbul olunmuş Dövlət Proqramı çərçivəsində Azərbaycan dəmir yollarının infrastrukturunun yenidən qurulması, həmçinin digər tədbirlər Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə daha böyük həcmdə daşımaların yerinə yetirilməsinə şərait yaradır.

Ümidvaram ki, iclas zamanı dəmiryolu nəqliyyatının aktual məsələləri ilə bağlı aparacağınız geniş müzakirələr gələcək qarşılıqlı fəaliyyətinizin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcəkdir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 oktyabr 2014-cü il.

22 Oktyabr 2014, 09:10

http://www.azertag.net

9211—9220 / 10511

20 Noyabr 2014, 09:11

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında   ətraflı...

20 Noyabr 2014, 09:11

“Beynəlxalq Antikorrupsiya Akademiyası”na üzv dövlətlərin Assambleyasının Üçüncü Sessiyasının iştirakçılarına   ətraflı...

19 Noyabr 2014, 09:11

“Balıqçılıq haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28oktyabr tarixli 1092-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

19 Noyabr 2014, 09:11

“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

19 Noyabr 2014, 09:11

“Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1077-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

19 Noyabr 2014, 09:11

“Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

19 Noyabr 2014, 09:11

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli1094-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

19 Noyabr 2014, 09:11

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1094-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

19 Noyabr 2014, 09:11

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

19 Noyabr 2014, 09:11

“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1093-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...