Müstəqil Dövlətlər Birliyi iştirakçı ölkələrinin Dəmiryol Nəqliyyatı Şurasının növbəti iclasının iştirakçılarına

Hörmətli iştirakçılar!

Sizi Bakı şəhərində Dəmiryol Nəqliyyatı Şurasının növbəti iclasının öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə cansağlığı və yeni-yeni nailiyyətlər arzu edirəm.

Beynəlxalq nəqliyyat təşkilatları sırasında Avropa və Asiya ölkələrini birləşdirən Dəmiryol Nəqliyyatı Şurasının özünəməxsus yeri vardır. Şuranın fəaliyyəti sayəsində ölkələrimizin dəmir yolları arasında sıx əməkdaşlıq əlaqələri qurulmuş, yük və sərnişin daşımalarının fasiləsiz təmin edilməsinə, infrastrukturun və hərəkət tərkiblərinin yenilənməsinə, razılaşdırılmış beynəlxalq tarif siyasətinin həyata keçirilməsinə və hüquqi bazanın təkmilləşdirilməsinə nail olunmuşdur.

Azərbaycan Respublikasında nəqliyyat sektoru iqtisadiyyatın inkişafında mühüm mövqeyə malikdir. Bu gün yol-nəqliyyat kompleksinin bütün sahələri sürətlə modernləşdirilir, yalnız ölkə miqyasında deyil, eləcə də region üçün əhəmiyyətli layihələr həyata keçirilir.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası, qəbul olunmuş Dövlət Proqramı çərçivəsində Azərbaycan dəmir yollarının infrastrukturunun yenidən qurulması, həmçinin digər tədbirlər Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə daha böyük həcmdə daşımaların yerinə yetirilməsinə şərait yaradır.

Ümidvaram ki, iclas zamanı dəmiryolu nəqliyyatının aktual məsələləri ilə bağlı aparacağınız geniş müzakirələr gələcək qarşılıqlı fəaliyyətinizin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcəkdir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 oktyabr 2014-cü il.

22 Oktyabr 2014, 09:10

http://www.azertag.net

7511—7520 / 10511

13 Yanvar 2016, 09:01

N.A.Qurbanovaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında   ətraflı...

12 Yanvar 2016, 09:01

A.C. İsgəndərovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

12 Yanvar 2016, 09:01

2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında   ətraflı...

11 Yanvar 2016, 09:01

İmişli rayonunun Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

7 Yanvar 2016, 09:01

Yardımlı rayonunun Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

5 Yanvar 2016, 09:01

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında   ətraflı...

5 Yanvar 2016, 09:01

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında   ətraflı...

5 Yanvar 2016, 09:01

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 2965 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan daxili işlər orqanları əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin sisteminə işə götürülən mülki işçilərin ştat sayı həddi”ndə dəyişikliklər edilməsi haqqında   ətraflı...

5 Yanvar 2016, 09:01

Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiya sədrlərinin təyin edilməsi haqqında   ətraflı...

5 Yanvar 2016, 09:01

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...