Müstəqil Dövlətlər Birliyi iştirakçı ölkələrinin Dəmiryol Nəqliyyatı Şurasının növbəti iclasının iştirakçılarına
Hörmətli iştirakçılar!
Sizi Bakı şəhərində Dəmiryol Nəqliyyatı Şurasının növbəti iclasının öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə cansağlığı və yeni-yeni nailiyyətlər arzu edirəm.
Beynəlxalq nəqliyyat təşkilatları sırasında Avropa və Asiya ölkələrini birləşdirən Dəmiryol Nəqliyyatı Şurasının özünəməxsus yeri vardır. Şuranın fəaliyyəti sayəsində ölkələrimizin dəmir yolları arasında sıx əməkdaşlıq əlaqələri qurulmuş, yük və sərnişin daşımalarının fasiləsiz təmin edilməsinə, infrastrukturun və hərəkət tərkiblərinin yenilənməsinə, razılaşdırılmış beynəlxalq tarif siyasətinin həyata keçirilməsinə və hüquqi bazanın təkmilləşdirilməsinə nail olunmuşdur.
Azərbaycan Respublikasında nəqliyyat sektoru iqtisadiyyatın inkişafında mühüm mövqeyə malikdir. Bu gün yol-nəqliyyat kompleksinin bütün sahələri sürətlə modernləşdirilir, yalnız ölkə miqyasında deyil, eləcə də region üçün əhəmiyyətli layihələr həyata keçirilir.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası, qəbul olunmuş Dövlət Proqramı çərçivəsində Azərbaycan dəmir yollarının infrastrukturunun yenidən qurulması, həmçinin digər tədbirlər Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə daha böyük həcmdə daşımaların yerinə yetirilməsinə şərait yaradır.
Ümidvaram ki, iclas zamanı dəmiryolu nəqliyyatının aktual məsələləri ilə bağlı aparacağınız geniş müzakirələr gələcək qarşılıqlı fəaliyyətinizin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcəkdir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2014-cü il.
22 Oktyabr 2014, 09:1022 Dekabr 2016, 10:12
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
22 Dekabr 2016, 10:12
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 401-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
22 Dekabr 2016, 10:12
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
22 Dekabr 2016, 10:12
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 410-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
22 Dekabr 2016, 10:12
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
22 Dekabr 2016, 10:12
L.S.Qəndilovun Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında ətraflı...
22 Dekabr 2016, 10:12
E.P.Poluxovun Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında ətraflı...
22 Dekabr 2016, 10:12
D.A.Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında ətraflı...
22 Dekabr 2016, 10:12
Azərbaycan Respublikasının idman mütəxəssislərinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında ətraflı...
22 Dekabr 2016, 10:12
Azərbaycan Respublikasının idman mütəxəssislərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...