“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanını “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 166; 2004, № 12, maddə 1005; 2009, № 10, maddə 784) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin və ikinci-altıncı abzaslar müvafiq olaraq üçüncü-yeddinci abzaslar hesab edilsin:

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”.

2. Üçüncü abzas aşağıdakı redaksiyada verilsin:

“həmin Qanunun 5-ci maddəsinin üçüncü və beşinci, 6-cı maddəsinin ikinci, 7-ci maddəsinin ikinci və dördüncü, 8-ci maddəsinin üçüncü, 9-cu maddəsinin üçüncü, 10-cu maddəsinin ikinci, 10-1-ci və 11-ci maddələrinin üçüncü, 14-cü maddəsinin ikinci, 15-ci maddəsinin səkkizinci, 15-1-ci maddəsinin üçüncü, 15-2-ci maddəsinin ikinci, 19-2-ci maddəsinin birinci, 23-cü maddəsinin dördüncü, 25-ci maddəsinin yeddinci, 28-ci maddəsinin birinci, 29-cu maddəsinin on ikinci, 40-2-ci maddəsinin birinci və 43-cü maddəsinin altıncı hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”.

3. Beşinci abzasa “on birinci abzasında” sözlərindən sonra “, 15-1-ci maddəsinin dördüncü hissəsində, 19-2-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 25-ci maddəsinin ikinci, beşinci və altıncı hissələrində, 34-1-ci maddəsinin birinci hissəsinin on birinci bəndində” sözləri əlavə edilsin.

4. Yeddinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda səkkizinci, doqquzuncu və onuncu abzaslar əlavə edilsin:

“həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsinin ikinci bəndində və 15-1-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yol hərəkətinin təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, digər sahələrdə isə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir;

həmin Qanunun 1-ci maddəsinin birinci hissəsinin on doqquzuncu bəndində, 10-1-ci maddəsinin ikinci hissəsində, 13-cü maddəsinin altıncı hissəsinin birinci cümləsində və on birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları öz balanslarında olan avtomobil yollarına münasibətdə həyata keçirirlər;

həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 oktyabr 2014-cü il.

21 Oktyabr 2014, 09:10

http://www.azertag.net

7491—7500 / 10511

15 Yanvar 2016, 09:01

“Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında   ətraflı...

15 Yanvar 2016, 09:01

“Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

15 Yanvar 2016, 09:01

“Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

15 Yanvar 2016, 09:01

“Azərbaycan Respublikasının Hökuməti ilə Vyetnam Sosialist Respublikasının Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

15 Yanvar 2016, 09:01

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında   ətraflı...

15 Yanvar 2016, 09:01

E.T.Quliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

14 Yanvar 2016, 09:01

Z.B.Qaralovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

14 Yanvar 2016, 09:01

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında   ətraflı...

14 Yanvar 2016, 09:01

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahı əldə etməsi, saxlaması və təyinatı üzrə istifadə etməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

14 Yanvar 2016, 09:01

V.A.Kərimlinin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin Baş direktoru təyin edilməsi haqqında   ətraflı...