Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması KONSEPSİYASI

                                                                             Azərbaycan Respublikası Prezidentinin

                                                                              2014-cü il 20 oktyabr tarixli Fərmanı

                                                                              ilə təsdiq edilmişdir

1. Giriş

Azərbaycan xalqının qədim və zəngin tarixinin öyrənilməsində, gələcək nəsillərə çatdırılmasında muzeylərin rolu əvəzolunmazdır. Əksər muzeylər elm və mədəniyyətin yalnız bir sahəsinə aid eksponatları nümayiş etdirdiyi halda, təbiət tarixi muzeyləri geoloji inkişaf tarixinin bütün aspektlərini əhatə edir. İnkişaf etmiş ölkələrdə təbiət tarixi muzeyləri turizmin genişlənməsində önəmli yeri olan obyektlərdəndir. Bu tip muzeylərin əsas məqsədi ölkə ərazisində həyatın yaranması tarixini, ölkənin geoloji keçmişini, bənzəri olmayan flora və faunasını, həmçinin konkret coğrafi şəraitdə insanın formalaşması və mədəni inkişafı tarixini, qədim və müasir dövrlərdə ekoloji şəraiti nümayiş etdirməkdir.

Dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsaslanmaqla Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə təbiət tarixi muzeyinin yaradılmasına ehtiyac duyulur. Belə bir muzeyin fəaliyyətə başlaması insanlarda, xüsusilə də gənclərdə ətraf mühitin və ölkəmizin təbii sərvətləri, fauna və florası barədə təsəvvür yaradılmasında, onlarda vətənə və təbiətimizə qayğı hissinin formalaşmasında böyük rol oynayacaqdır.

Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması “Muzeylər haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları çərçivəsində nəzərdə tutulur.

Konsepsiyada Azərbaycanın milli təbii dəyərlərinin beynəlxalq normalara əsaslanaraq qorunması, bərpası, təbliği və təşviqi istiqamətində tədbirlər müəyyənləşdirilir.

2. Konsepsiyanın əsas məqsədləri

2.1. Konsepsiyanın əsas məqsədləri aşağıdakılardır:

2.1.1. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində qeyri-kommersiya hüquqi şəxs statusuna malik Azərbaycan Respublikasının geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin (bundan sonra - muzey) yaradılması;

2.1.2. təbiətə aid əşyaların, kolleksiyaların, paleobotanika, paleozoologiya, arxeozoologiya sahələrinə aid olan eksponatların, fauna və flora nümunələrinin muzey əməkdaşları tərəfindən aşkar edilməsi, toplanılması, mühafizəsi, tədqiqi, araşdırmaların nəticələrinin nəşri və təbliği;

2.1.3. ölkə ərazisində həyatın əmələ gəlmə tarixinin, bənzərsiz, bəzən isə unikal olan flora və faunanın, onların geoloji keçmişinin və inkişaf tarixinin, yer təbəqələrinin (çökmə süxurların) formalaşmasının, faydalı qazıntı yataqlarının yaranmasının, qədim coğrafi landşaftların rekonstruksiyasının, konkret coğrafi şəraitdə insanın formalaşması və mədəni təkamülü tarixinin, respublika ərazisində qədim və müasir yaşayış dövrlərindəki ekoloji şəraitə aid dünya şöhrətli Binəqədi Dördüncü dövr fauna və florasının monoqrafik öyrənilməsi, Eldar düzənliyində aşkar edilmiş gec Sarmat hipporion faunası, Pirəkəşkül kəndi ətrafında yayılan Maykop çöküntüləri içərisində daşlaşmış onurğalıların nümayəndələrinin, Azıx paleolit düşərgəsi materiallarının öyrənilməsi və digər paleontoloji eksponatların nümayişi və tədqiq edilməsi;

2.1.4. muzeydə Azərbaycanın xəritəsi üzərində palçıq vulkanlarının yerləşmə sxeminin, fəaliyyətdə olan, sönmüş, gömülmüş, neftçıxaran, sualtı, ada palçıq vulkanları, o cümlədən Daşgil, Torağay, Böyük Kənizdağ kimi vulkanlar barədə məlumatlar olan stendlərin, vulkan püskürməsini əks etdirən maket, lava, vulkan külü, vulkan tozu və vulkanik süxurların nümayiş etdirilməsi;

2.1.5. Azərbaycan faunasının müxtəlifliyini əks etdirən heyvanların yayılma arealını və yaşam tərzini səciyyələndirən spesifik növlərin müqəvvalarından ibarət eksponatların, Xəzərin su bioresurslarını əks etdirən akvariumun yerləşdirilməsi, Azərbaycanın geoloji tarixini, eyni zamanda təbiətini və təbii sərvətlərini təcəssüm etdirən interaktiv eksponatların və ekspozisiyaların nümayiş etdirilməsi üçün uyğun məkan və şəraitin yaradılması;

2.1.6. muzeyin idarəetmə, hüquqi, maliyyə, informasiya, kadr və beynəlxalq əməkdaşlıq kimi təminat mexanizmlərinin inkişafının və mədəni irsin təhlükəsizliyi üçün tələb olunan islahatların həyata keçirilməsi;

2.1.7. muzeyin mədəni və elmi-maarifləndirmə mərkəzi olmaqla yanaşı, respublikamızda turizmin inkişafında önəmli rolu olan obyekt kimi fəaliyyət göstərməsi.

3. Təhsil və insan resurslarının inkişafı

3.1. Konsepsiya, təbiət tarixi sahəsində bilik və təcrübənin sonrakı nəsillərə ötürülməsini, çoxpilləli təhsil sistemi və şəbəkəsinin müasirləşdirilməsini, təhsil və insan resurslarının inkişafının zəruriliyini nəzərə alaraq, aşağıdakı istiqamətləri müəyyən edir:

3.1.1. maarifləndirmə - muzeyə gələn qonaqların (respublika vətəndaşlarının və əcnəbilərin) Azərbaycanın müasir unikal flora və faunası ilə tanış edilməsi və məlumatlandırılması;

3.1.2. təhsil - muzeyin kolleksiya məlumatları əsasında tədqiqat laboratoriyalarında şagirdlərin, orta və ali təhsil müəssisələri müəllimlərinin və eyni zamanda elmi işçilərin biliklərinin artırılması məqsədi ilə elmi işçilər tərəfindən muzeydə mühazirələr oxunması, seminar və olimpiadaların təşkili, muzey əməkdaşlarının seminarlar təşkil etməsi, habelə onların hazırlanmasında ekspert komissiyalarının tərkibində iştirak etməsi;

3.1.3. tərbiyə - insan potensialı və təbii sərvət baxımından dünyanın unikal ölkələrindən olan respublikamızda vətənpərvərlik və milli ruhda tərbiyə işinin aparılması məqsədi ilə muzeydə “Azərbaycanın Qırmızı Kitabı”na daxil edilmiş bəzi eksponatların, o cümlədən bitki və heyvanların endemik formalarının nümayiş etdirilməsi;

3.1.4. elmi tədqiqat fəaliyyəti - qazıntı halında tapılan heyvan və bitkilərin, müasir onurğalıların, paleocoğrafi keçmişin, insanın bioloji təkamülünün, geoloji tarixinin öyrənilməsi istiqamətində elmi tədqiqatların aparılması, Binəqədi Dördüncü dövr fauna və florasını öyrənməklə, onun turizm obyekti kimi fəaliyyət göstərməsi üçün yeni qazıntıların və tədqiqatların aparılması;

3.1.5. təbliğat - tarixi və mədəni dəyərlərin təbliğ edilməsi, şəhərin diqqətəlayiq yeri və əsas turizm obyekti olacaq muzeyin yaradılması, respublika ərazisində və kənarda sərgilərin təşkil edilməsi, dünyadakı analoji muzeylərlə əməkdaşlıq və kolleksiya mübadiləsi, elmi-kütləvi əsərlərin və broşürlərin nəşri istiqamətində iş aparılması.

3.2. Son yüz ildə Azərbaycana aid toplanmış, lakin müasir tələblərə uyğun saxlanılmayan, dağınıq halda olan bütün kolleksiyalar (respublikada və respublikadan kənarda olan materiallar kolleksiyası) muzeydə toplanılır və nümayiş etdirilir.

4. Muzey işinin müasirləşdirilməsi

4.1. Muzey işinin müasirləşdirilməsi üçün aşağıdakı əsas tədbirlər yerinə yetirilməlidir:

4.1.1. muzey fondunun mühafizəsi, pasportlaşdırılması, konservasiyası və bərpası, muzey kolleksiyalarının komplektləşdirilməsi işinin təkmilləşdirilməsi, muzey fonduna dair məlumatların rəqəmsal daşıyıcılara köçürülməsi və elektron kataloqlaşdırma vasitəsilə milli muzey-informasiya bazasının yaradılması;

4.1.2. muzey ekspozisiyalarının bədii tərtibatının təkmilləşdirilməsi, konseptual ekspozisiyaların və müxtəlif mövzularda sərgilərin təşkili.

5. Beynəlxalq əməkdaşlıq

5.1. Beynəlxalq əməkdaşlığın vacibliyini, tarixi və mədəni dəyərlərin təbliğində turizmin əsas vasitələrdən biri olduğunu nəzərə alaraq, dünyadakı analoji muzeylərlə əməkdaşlıq və kolleksiya mübadiləsinin aparılmasına şərait yaradılması üçün aşağıdakı tədbirlər görülməlidir:

5.1.1. mədəniyyətlərarası dialoqun dəstəklənməsi;

5.1.2. beynəlxalq səviyyədə sərgilərin keçirilməsi;

5.1.3. dünyanın bir çox ölkələrində fəaliyyət göstərən təbiət tarixi muzeyləri ilə beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi.

6. Konsepsiyanın həyata keçirilməsi

6.1. Konsepsiyanın səmərəli həyata keçirilməsinin əsas şərti onun gerçəkləşdirilməsini təmin edə bilən səmərəli icra mexanizminin yaradılmasıdır.

6.2. Konsepsiyanın həyata keçirilməsi dövlət orqanları ilə yanaşı, yerli özünüidarəetmə orqanlarının, mədəniyyət müəssisələrinin və mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının bu prosesə cəlb olunmasını şərtləndirir, dövlət büdcəsinin təminatı ilə yanaşı, xarici və yerli investorların cəlbini, alternativ maliyyələşdirmə mexanizmlərinin tətbiqini nəzərdə tutur.

6.3. Muzeyin maliyyə mənbələrinin diversifikasiyası üçün aşağıdakı əsas tədbirlər müəyyən edilir:

6.3.1. dövlət büdcəsindən muzeyə ayrılan vəsaitin inventarlaşdırılması, təhlili, qiymətləndirilməsi və səmərəliliyinin artırılması nəticəsində optimal maliyyələşmə həddinin müəyyənləşdirilməsi, habelə xərclərin ünvanlı istifadəsi məqsədi ilə dövlət sifarişlərinin daha geniş tətbiq olunması və ayrılan vəsaitlərə nəzarətin gücləndirilməsi;

6.3.2. alternativ maliyyə mənbələrinin (büdcədənkənar vəsaitlər və qanunla qadağan olunmayan digər maliyyə mənbələri) cəlb edilməsi.

6.4. Konsepsiyanın icrasını Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi muzeyin eksponatlarla zənginləşdirilməsi məqsədi ilə onların Azərbaycan Respublikasına gətirilməsinə və təbiətdən götürülməsinə icazə verir və nəzarət edir.

21 Oktyabr 2014, 09:10

http://www.azertag.net

461—470 / 10511

18 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2022, 15:08

Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2022, 15:08

Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında” 2007-ci il 19 mart tarixli 560 nömrəli, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 10 fevral tarixli 218 nömrəli, “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında” 2010-cu il 24 may tarixli 271 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 4 iyun tarixli 646 nömrəli, “Heydər Əliyev Mərkəzinin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 8 oktyabr tarixli 709 nömrəli, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi haqqında Əsasnamənin, onun strukturunun, habelə hərbi qulluqçularının və mülki işçilərinin ümumi say həddinin təsdiq edilməsi barədə” 2017-ci il 9 fevral tarixli 1227 nömrəli və “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 18 iyul tarixli 215 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2022, 15:08

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2022, 15:08

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

17 Avqust 2022, 16:08

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Avqust 2022, 16:08

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Avqust 2022, 16:08

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

12 Avqust 2022, 16:08

Ağsu rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (19 km)–Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...