“Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamını “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 172; 2008, № 6, maddə 489) aşağıdakı dəyişikliklər edilsin:
1. 3.2-ci və 3.5-ci bəndlərdə “avtomobil yollarının, prospektlərin və küçələrin” sözləri “şəhər avtomobil yollarının” sözləri ilə əvəz edilsin.
2. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“3.3. Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhərlərində və rayon mərkəzlərində şəhər avtomobil yollarının müvafiq yerli icra hakimiyyəti orqanlarının balansına, şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yollarının, habelə kənd və qəsəbələrin ərazisində yerləşən küçələrin, keçidlərin, ictimai nəqliyyat xətlərinin, digər yolların və yol qurğularının isə müvafiq bələdiyyələrin balansına verilməsini təmin etsin;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2014-cü il.
21 Oktyabr 2014, 09:1019 Noyabr 2014, 09:11
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Boliviya Çoxmillətli Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Sazişin təsdiq edilməsi barədə ətraflı...
19 Noyabr 2014, 09:11
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşəəmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
19 Noyabr 2014, 09:11
“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
19 Noyabr 2014, 09:11
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr mexanizminə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında ətraflı...
19 Noyabr 2014, 09:11
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Qırğız Respublikasının Dövlət Kadrlar Xidməti arasında dövlət qulluğunun təkmilləşdirilməsi sahəsindəəməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə ətraflı...
19 Noyabr 2014, 09:11
Azərbaycan Respublikası Hökuməti ilə Moskva Hökuməti arasında anlaşma vəəməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə ətraflı...
19 Noyabr 2014, 09:11
Ərəb Dövlətləri Liqası ilə Mərkəzi Asiya ölkələri və Azərbaycan Respublikası arasında əməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə ətraflı...
19 Noyabr 2014, 09:11
E.İ. Mirzəyevin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
19 Noyabr 2014, 09:11
T.M. Ziyadovun Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru təyin edilməsi haqqında ətraflı...
18 Noyabr 2014, 09:11
“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na Əlavə ətraflı...