Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Kamal Elbrus oğlu Ələkbərov 2 saylı Şərur, Rafəddin Alyar oğlu Ələkbərov 45 saylı Abşeron, Leyla Müslüm qızı Heybətova 55 saylı Xaçmaz şəhər, Arif Yunis oğlu Camalov 103 saylı Gədəbəy, Əli İsmət oğlu Məmmədov və Cümşüd Lütfullah oğlu Kərimov 113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Arif Turab oğlu Aslanov 19 saylı Nərimanov birinci, Vaqif İsmayıl oğlu Məmmədov, Əhməd İbrahim oğlu Məmmədov, Ruhiyyə Maqsud qızı Allahverdiyeva, Qalib Aydın oğlu Məmmədov, Miryaqub Mirhəşim oğlu Əliyev, Elçin Balakişi oğlu Yarıyev, Gülxan Məmmədhəsən oğlu Aslanov, Arzu Xasay qızı Şirinova və İmadəddin Məlikəhməd oğlu Səlimov 41 saylı Sumqayıt birinci, Məzahir Salman oğlu Süleymanov, Sehri Fərəc oğlu Babayev, Ələsgər Xəlil oğlu Abdullayev, Təravət Əlövsət qızı Rəsulova, Xalidə Abdulla qızı Hüseynova, Məhəbbət Məhəmməd oğlu Nağıyev, Əhməd Qabil oğlu Quliyev, Arzu Camal oğlu Musayev və Təvəkgül Məmməd oğlu Məmmədov 44 saylı Sumqayıt – Xızı, Nəsir Hacı oğlu Hacıyev 45 saylı Abşeron, Rafəddin Alyar oğlu Nağdaliyev, Ağasi Səfər oğlu Tahirov, Tofiq İsmayıl oğlu Söhbətov, Cahan Kərəm oğlu İsmayılov, İlqar İlyas oğlu Qəhrəmanov, Elçin Elxan oğlu Həmzəyev, Azər Əzim oğlu Yaqubov, Sabir Musa oğlu Musayev və Sərdar Səyyad oğlu Musayev 50 saylı Abşeron – Qobustan, Vüqar Əbülfəz oğlu Ruşanov 103 saylı Gədəbəy, Səlim Soltan oğlu Səlimov 113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

Sədr      Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

21 Oktyabr 2014, 09:10

http://www.azertag.net

8611—8620 / 10511

19 Mart 2015, 09:03

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

19 Mart 2015, 09:03

“Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

19 Mart 2015, 09:03

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1197-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

19 Mart 2015, 09:03

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

19 Mart 2015, 09:03

T.M. Ziyadovun “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru təyin edilməsi haqqında   ətraflı...

19 Mart 2015, 09:03

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında   ətraflı...

19 Mart 2015, 09:03

Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

19 Mart 2015, 09:03

X.R.Vəliyevə “Əməkdar Hüquqşünas” fəxri adının verilməsi haqqında   ətraflı...

19 Mart 2015, 09:03

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında   ətraflı...

19 Mart 2015, 09:03

Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...