İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nazirlərinin “İnkişafda qadınların rolu” mövzusunda V konfransının iştirakçılarına

Hörmətli konfrans iştirakçıları!

Sizi konfransınızın açılışı münasibətilə təbrik edir, hamınıza uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayıram.

Müstəqil Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı faydalı münasibətlər quraraq bu gün ən müxtəlif sahələrdə birgə səmərəli fəaliyyət göstərir. Aktual mövzuya həsr olunmuş konfransınız son illər respublikamızda təşkil edilən mötəbər beynəlxalq tədbirlər sırasında xüsusi yer tutur.

1995-ci ildə Pekində keçirilən qadınların ümumdünya konfransı bütün ölkələr qarşısında qlobal, regional və lokal səviyyələrdə əsas fəaliyyət proqramlarını müəyyən etmişdir. İslam Əməkdaşlıq Təşkilatının qadın məsələləri üzrə nazirlərinin əvvəlki İstanbul, Qahirə, Tehran və Cakarta konfransları, eləcə də iştirakçısı olduğunuz Bakı konfransı cəmiyyətlərin inkişafında qadınların rolunun gücləndirilməsinə mühüm töhfədir.

Qadın hüquqlarına xüsusi diqqət yetirən islam dini qadın şəxsiyyətini layiqli mövqeyə yüksəltmişdir. Azərbaycan qadınları insan haqlarının vacib amillərindən sayılan seçki hüququnu bir sıra Avropa ölkələrindən daha əvvəl əldə etməklə təhsildə, səhiyyədə, mədəniyyətdə və elmdə böyük uğurlar qazanaraq dövlət quruculuğu proseslərinin əsas qüvvələrindən birinə çevrilmişlər.

Bununla yanaşı, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində humanitar fəlakətlə üzləşmiş ölkəmizdə qadınlarımızın pozulmuş hüquqları indiyədək bərpa olunmamışdır. Bir sıra mötəbər qurumların, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının respublikamızın ərazi bütövlüyünün bərpasını dəstəkləyən qərarlarına baxmayaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtması istiqamətində göstərilən səylər hələ də nəticəsiz qalmaqdadır.

Əminəm ki, konfransınız qadınların inkişafda rolunun artırılmasına dair geniş və səmərəli müzakirələr aparacaq, gələcək illərdə beynəlxalq və milli səviyyələrdə tədbirlərin həyata keçirilməsi prosesində mühüm mərhələ olacaqdır.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 oktyabr 2014-cü il.

21 Oktyabr 2014, 09:10

http://www.azertag.net

8071—8080 / 10511

5 Oktyabr 2015, 09:10

X.H.Mirzəzadənin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

5 Oktyabr 2015, 09:10

Azərbaycan Respublikası Konstitusiyasının 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına   ətraflı...

2 Oktyabr 2015, 11:10

Azərbaycan Respublikasının 2016-cı il üzrə dövlət büdcəsininvə icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında   ətraflı...

1 Oktyabr 2015, 09:10

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında   ətraflı...

1 Oktyabr 2015, 09:10

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında   ətraflı...

1 Oktyabr 2015, 09:10

S.S.Seyidovanın Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında   ətraflı...

30 Sentyabr 2015, 09:09

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 sentyabr 2015-ci il tarixli 15 saylı müraciətə baxılması barədə   ətraflı...

30 Sentyabr 2015, 09:09

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 sentyabr 2015-ci il tarixli 12 saylı müraciətə baxılması barədə   ətraflı...

30 Sentyabr 2015, 09:09

015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 sentyabr 2015-ci il tarixli 17 saylı müraciətə baxılması barədə   ətraflı...

30 Sentyabr 2015, 09:09

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 sentyabr 2015-ci il tarixli 16 saylı müraciətə baxılması barədə   ətraflı...