Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycanda müalicəvi turizmin inkişafında özünəməxsus yeri olan Naftalan şəhəri son illərdə yüksək səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilmiş, burada yeni səhiyyə-kurort kompleksləri yaradılmış, o cümlədən 264 yerlik “Qarabağ” sanatoriyası, “Naftalan Hotel by Rixos”un 342 yerlik yeni korpusu inşa edilmiş, “Çinar” sanatoriyası yenidən qurulmuş, Əlillərin Bərpa Mərkəzi istifadəyə verilmiş, 12 hündürmərtəbəli yaşayış binası və 1500 yerlik şəhər stadionu əsaslı təmir olunmuş, parklar salınmış, avtomobil yolları çəkilmiş, geniş abadlıq-quruculuq işləri aparılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naftalan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Naftalan şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Naftalan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2014-cü il.
21 Oktyabr 2014, 09:1011 Noyabr 2014, 09:11
Gədəbəy rayonunun Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
11 Noyabr 2014, 09:11
S.Ə. Kəriminin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
11 Noyabr 2014, 09:11
B.A. Ağarəhimova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
11 Noyabr 2014, 09:11
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçilərinin təltif edilməsi haqqında ətraflı...
7 Noyabr 2014, 09:11
Lənkəran şəhərinin Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
6 Noyabr 2014, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
6 Noyabr 2014, 09:11
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında ətraflı...
6 Noyabr 2014, 09:11
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı barədə ətraflı...
6 Noyabr 2014, 09:11
Mərkəzi Seçki Komissiyasının 31 oktyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
6 Noyabr 2014, 09:11
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa işlərinin aparılması haqqında ətraflı...