Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları ölkənin bütün bölgələrində olduğu kimi Daşkəsən rayonunda da uğurla həyata keçirilir. Son illərdə rayonda bir sıra infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Mərkəzi Rayon Xəstəxanası, Gənclərin Təlim və İstirahət Mərkəzi, Avtovağzal Kompleksi, əlil, şəhid ailələri və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinləri üçün ümumilikdə 80 mənzilli 5 yaşayış binası, 13 ümumtəhsil məktəbi və digər sosial yönümlü obyektlər tikilərək istifadəyə verilmiş, Bayraq Meydanı yaradılmış, “Daşkəsən Filizsaflaşdırma” kombinatının fəaliyyəti bərpa olunmuş, avtomobil yolları çəkilmiş, geniş abadlıq-quruculuq işləri aparılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Daşkəsən şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 oktyabr 2014-cü il.

21 Oktyabr 2014, 09:10

http://www.azertag.net

5271—5280 / 10511

30 May 2017, 09:05

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

30 May 2017, 09:05

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzarət-təftiş xidməti haqqında Əsasnamə”sində dəyişiklik edilməsi barədə   ətraflı...

30 May 2017, 09:05

“Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədin irəli sürülməsinin təsdiq edilməsi və qeydə alınması üçün təqdim edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması Qaydaları”nda dəyişiklik edilməsi barədə   ətraflı...

30 May 2017, 09:05

“Hərbi qulluqçuların seçkilərdə (referendumda) iştirakına dair Təlimat”da dəyişiklik edilməsi barədə   ətraflı...

30 May 2017, 09:05

Azərbaycan Respublikasında 2017-ci ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə   ətraflı...

30 May 2017, 09:05

Mərkəzi Seçki Komissiyasının 7 aprel 2017-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

30 May 2017, 09:05

“Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 552-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

30 May 2017, 09:05

“Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

26 May 2017, 10:05

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

26 May 2017, 10:05

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 573-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...