“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət orqanlarının göstərdiyi xidmətlərin elektron formada təşkilini və elektron informasiya sistemlərinin qarşılıqlı inteqrasiyasını təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1.“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 107) aşağıdakı dəyişikliklər edilsin:

1.1.3.1.4-cü yarımbənddə “Vergilər Nazirliyi” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin;

1.2.5-ci hissədə “Vergilər Nazirliyi” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”, “Nazirliyinin” sözündən sonra “və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin” sözləri əlavə edilsin;

1.3.6-cı hissədə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi,” sözləri əlavə edilsin;

1.4.aşağıdakı məzmunda 8-ci hissə əlavə edilsin:

“8. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

8.1. bu Fərmanın 4-7-ci hissələrində verilmiş tapşırıqların icrası ilə bağlı əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin fəaliyyətinin təşkilinə dair dövri qiymətləndirmə aparsın və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə hesabat versin;

8.2. əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin fəaliyyətinin təşkilinə dair qiymətləndirmələrin nəticələri barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə məlumat versin.”.

2.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir ay müddətində bu Fərmanın 1-ci hissəsi ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 5-ci hissəsində və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 7-ci hissəsində verilmiş tapşırıqların icrasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3.Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1.Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3.mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4.bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 oktyabr 2014-cü il.

20 Oktyabr 2014, 09:10

http://www.azertag.net

7521—7530 / 10511

5 Yanvar 2016, 09:01

Bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında   ətraflı...

5 Yanvar 2016, 09:01

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında   ətraflı...

5 Yanvar 2016, 09:01

T.Ş.Mahmudovun Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edilməsi haqqında   ətraflı...

30 Dekabr 2015, 09:12

Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında   ətraflı...

30 Dekabr 2015, 09:12

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında   ətraflı...

29 Dekabr 2015, 09:12

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında   ətraflı...

29 Dekabr 2015, 09:12

S.Ə.Məmmədovun "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında   ətraflı...

29 Dekabr 2015, 09:12

“Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə   ətraflı...

28 Dekabr 2015, 09:12

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə   ətraflı...

25 Dekabr 2015, 09:12

Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilməsinə dair Sazişin təsdiq edilməsi haqqında   ətraflı...