“Bakı-Tbilisi-Qars dəmir yolu xətti – İpək Yolu dəhlizinin inkişafında yeni imkanlar” Beynəlxalq Konfransının iştirakçılarına

Hörmətli Konfrans iştirakçıları!

Sizi Bakı şəhərində salamlayır və “Bakı-Tbilisi-Qars dəmir yolu xətti – İpək Yolu dəhlizinin inkişafında yeni imkanlar” Beynəlxalq Konfransının öz işinə başlaması münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir.

Yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləcəkdir. İqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam uyğun olan bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Həmin xətt öz növbəsində multimodal nəqliyyat imkanlarını genişləndirəcək, eləcə də sərnişin və yük daşımalarının həcminin artmasını təmin edəcəkdir.

Beynəlxalq standartlar səviyyəsində Yeni Bakı Dəniz Limanı Kompleksinin bərə terminalı bu günlərdə artıq fəaliyyətə başlamışdır. Növbəti ildə liman istismara tam hazır olacaq və onun yükaşırma qabiliyyəti mərhələlərlə il ərzində 25 milyon tona və 1 milyon konteynerə çatdırılacaqdır.

Belə infrastrukturların qurulması Böyük İpək Yolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir.

Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə keçirilən konfransınız nəqliyyata dair aktual məsələlərin ətraflı müzakirəsi, habelə işgüzar əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi üçün geniş imkan yaradır.

Ümidvaram ki, konfransda aparılacaq müzakirələr Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafına, beynəlxalq və regional səviyyədə yeni təşəbbüslərin irəli sürülməsi və gerçəkləşdirilməsinə təşviq edəcəkdir.

Hamınıza cansağlığı və ölkələrinizin əmin-amanlığı, rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 oktyabr 2014-cü il.

17 Oktyabr 2014, 09:10

http://www.azertag.net

5921—5930 / 10511

12 Yanvar 2017, 09:01

“İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv olunması haqqında   ətraflı...

12 Yanvar 2017, 09:01

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 473-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

12 Yanvar 2017, 09:01

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

12 Yanvar 2017, 09:01

“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 424-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

12 Yanvar 2017, 09:01

“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

12 Yanvar 2017, 09:01

“Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 475-VQD nömrəli Qanununun tətbiqi və “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

12 Yanvar 2017, 09:01

“Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

11 Yanvar 2017, 10:01

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası   ətraflı...

11 Yanvar 2017, 10:01

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında   ətraflı...

11 Yanvar 2017, 10:01

2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında   ətraflı...