“Bakı-Tbilisi-Qars dəmir yolu xətti – İpək Yolu dəhlizinin inkişafında yeni imkanlar” Beynəlxalq Konfransının iştirakçılarına
Hörmətli Konfrans iştirakçıları!
Sizi Bakı şəhərində salamlayır və “Bakı-Tbilisi-Qars dəmir yolu xətti – İpək Yolu dəhlizinin inkişafında yeni imkanlar” Beynəlxalq Konfransının öz işinə başlaması münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir.
Yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləcəkdir. İqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam uyğun olan bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Həmin xətt öz növbəsində multimodal nəqliyyat imkanlarını genişləndirəcək, eləcə də sərnişin və yük daşımalarının həcminin artmasını təmin edəcəkdir.
Beynəlxalq standartlar səviyyəsində Yeni Bakı Dəniz Limanı Kompleksinin bərə terminalı bu günlərdə artıq fəaliyyətə başlamışdır. Növbəti ildə liman istismara tam hazır olacaq və onun yükaşırma qabiliyyəti mərhələlərlə il ərzində 25 milyon tona və 1 milyon konteynerə çatdırılacaqdır.
Belə infrastrukturların qurulması Böyük İpək Yolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir.
Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə keçirilən konfransınız nəqliyyata dair aktual məsələlərin ətraflı müzakirəsi, habelə işgüzar əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi üçün geniş imkan yaradır.
Ümidvaram ki, konfransda aparılacaq müzakirələr Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafına, beynəlxalq və regional səviyyədə yeni təşəbbüslərin irəli sürülməsi və gerçəkləşdirilməsinə təşviq edəcəkdir.
Hamınıza cansağlığı və ölkələrinizin əmin-amanlığı, rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 oktyabr 2014-cü il.
17 Oktyabr 2014, 09:105 Oktyabr 2018, 08:10
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Oktyabr 2018, 08:10
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Oktyabr 2018, 08:10
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi arasında Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Qoşunlarının hərbi qulluqçularının Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil almaları haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Oktyabr 2018, 08:10
“ASAN Viza” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Oktyabr 2018, 08:10
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Oktyabr 2018, 08:10
“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Oktyabr 2018, 08:10
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nda, “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında, 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də və 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 Oktyabr 2018, 08:10
Kürdəmir rayonunun Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi (184 km)–Pirili–Muradxan–Sor Sor avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
27 Sentyabr 2018, 09:09
M.Q.Quliyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
27 Sentyabr 2018, 09:09
Gəncə şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...