“Bakı-Tbilisi-Qars dəmir yolu xətti – İpək Yolu dəhlizinin inkişafında yeni imkanlar” Beynəlxalq Konfransının iştirakçılarına

Hörmətli Konfrans iştirakçıları!

Sizi Bakı şəhərində salamlayır və “Bakı-Tbilisi-Qars dəmir yolu xətti – İpək Yolu dəhlizinin inkişafında yeni imkanlar” Beynəlxalq Konfransının öz işinə başlaması münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir.

Yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləcəkdir. İqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam uyğun olan bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Həmin xətt öz növbəsində multimodal nəqliyyat imkanlarını genişləndirəcək, eləcə də sərnişin və yük daşımalarının həcminin artmasını təmin edəcəkdir.

Beynəlxalq standartlar səviyyəsində Yeni Bakı Dəniz Limanı Kompleksinin bərə terminalı bu günlərdə artıq fəaliyyətə başlamışdır. Növbəti ildə liman istismara tam hazır olacaq və onun yükaşırma qabiliyyəti mərhələlərlə il ərzində 25 milyon tona və 1 milyon konteynerə çatdırılacaqdır.

Belə infrastrukturların qurulması Böyük İpək Yolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir.

Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə keçirilən konfransınız nəqliyyata dair aktual məsələlərin ətraflı müzakirəsi, habelə işgüzar əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi üçün geniş imkan yaradır.

Ümidvaram ki, konfransda aparılacaq müzakirələr Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafına, beynəlxalq və regional səviyyədə yeni təşəbbüslərin irəli sürülməsi və gerçəkləşdirilməsinə təşviq edəcəkdir.

Hamınıza cansağlığı və ölkələrinizin əmin-amanlığı, rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 oktyabr 2014-cü il.

17 Oktyabr 2014, 09:10

http://www.azertag.net

1281—1290 / 10511

26 İyun 2021, 21:06

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 İyun 2021, 16:06

İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 İyun 2021, 16:06

“Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi"nin təsdiq olunması barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 mart tarixli 733 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 İyun 2021, 16:06

Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 İyun 2021, 16:06

Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 4 iyul tarixli 792 nömrəli, “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 İyun 2021, 16:06

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

23 İyun 2021, 16:06

“Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 2003-cü il tarixli 185 nömrəli Konvensiyanın (dəyişdirilmiş) Əlavələrinə edilmiş 2016-cı il tarixli dəyişikliklərin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

23 İyun 2021, 16:06

“Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

22 İyun 2021, 15:06

Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

22 İyun 2021, 15:06

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...