“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək hüququ olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 210 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 476; 2005, № 2, maddə 71; 2007, № 4, maddə 323; 2008, № 5, maddə 372; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 iyul tarixli 224 nömrəli Fərmanı) 2-ci hissəsindən “, 33-cü maddəsinin birinci hissəsinin axırıncı abzasında” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 oktyabr 2014-cü il.
15 Oktyabr 2014, 09:1018 Mart 2014, 09:03
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
18 Mart 2014, 09:03
“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
F.N.Ələkbərova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
M.İ.Mədətovun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
Z.H.Hüseynovun Sumqayıt Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
A.A. Hacıyevin Bakı Slavyan Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...
18 Mart 2014, 08:03
E.K.Aslanovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında ətraflı...
17 Mart 2014, 09:03
Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
17 Mart 2014, 08:03
Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında ətraflı...