Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
1. Azər Əli oğlu Hüseynov 1 saylı Şərur – Sədərək, Elnurə Xəlfəli qızı Şəfizadə 28 saylı Sabunçu üçüncü, Vilayət Zeynalabdin oğlu Nağıyev 31 saylı Suraxanı ikinci, Zeynab Nüsrət qızı Əsgərova 58 saylı Hacıqabul-Kürdəmir, İntiqam Rafiq oğlu Baloğlanov 61 saylı Neftçala, Adil Cəfərqulu oğlu Abbasov 80 saylı İmişli – Beyləqan, Aygün Namiq qızı Muradova 81 saylı Beyləqan, Vüsal Ramiz oğlu Davudov 90 saylı Ağdaş, Səidə Musa qızı Daşdiyeva 91 saylı Ucar, Oruc İslam oğlu Məmmədov 110 saylı Zaqatala, Sirus Elman oğlu Teymurlu 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
2. Arif İsa oğlu Musayev 1 saylı Şərur – Sədərək, Şahbaz Fətəli oğlu Zeynalov 13 saylı Xəzər-Pirallahı, Şamil Alməmməd oğlu Əlifov 20 saylı Nərimanov ikinci, Asəf Abbas oğlu Vəliyev 22 saylı Nəsimi ikinci, Aysel Səxavət qızı İsmayılova 26 saylı Sabunçu birinci, Elman Əhmədxan oğlu Nəcəfov 28 saylı Sabunçu üçüncü, Camal Fizuli oğlu Əliyev 31 saylı Suraxanı ikinci, Xuraman İman qızı Talıbova 58 saylı Hacıqabul-Kürdəmir, Valeh Hüseyn oğlu Seyfullayev 70 saylı Masallı şəhər, Rəşad Sarbala oğlu Kərimov 78 saylı Lerik, Şakir Cəfərqulu oğlu Abbasov 80 saylı İmişli – Beyləqan, Məlahət Gülağa qızı Atakişiyeva 81 saylı Beyləqan, Namaz Vaqif oğlu Namazov 84 saylı Füzuli, Sadiq Rəcəb oğlu Rəcəbov və Sakit Əsgərxan oğlu Həsənov 90 saylı Ağdaş, Məlahət Ağakərim qızı Şəfiyeva 91 saylı Ucar, Zülfiyyə Mürsəəli qızı Qazilova 110 saylı Zaqatala seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
14 Oktyabr 2014, 09:10
21 Fevral 2017, 09:02
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
21 Fevral 2017, 09:02
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 523-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
21 Fevral 2017, 09:02
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
21 Fevral 2017, 09:02
“Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 525-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
21 Fevral 2017, 09:02
Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında ətraflı...
20 Fevral 2017, 09:02
Cavidan Qafarovun şikayəti üzrə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair ətraflı...
20 Fevral 2017, 09:02
Nazirlər Kabinetinin qərarına əlavə ətraflı...
20 Fevral 2017, 09:02
Sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin istifadə etdikləri elektrik enerjisi üzrə limitlərin müəyyən edilməsi haqqında ətraflı...
20 Fevral 2017, 09:02
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Belarus Respublikasının Dövlət Gömrük Komitəsi arasında malların hava nəqliyyatı ilə daşınmasına dair gömrük hüquqpozmaları ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokolun təsdiq edilməsi barədə ətraflı...
20 Fevral 2017, 09:02
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə ətraflı...