Yenidən yaratma və dəyişikliklər etmə yolu ilə bir sıra seçki dairələrinin hüdudlarında, dislokasiyalarında, sxemlərində və qrafik təsvirlərində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbləri əsasında Azərbaycan Respublikasının ərazisində hazırda fəaliyyətdə olan seçki dairələri yaradaraq onların hüdudlarını və dislokasiyalarını müəyyən etmiş, sxem və qrafik təsvirlərini təsdiq etmiş, dəyişiklik zərurəti yaradan halların qanunvericiliyin tələblərinə uyğun həll olunması məqsədilə mütəmadi olaraq tədbirlər görmüşdür. Hazırda həmin fəaliyyətin davamı olaraq seçki dairələri və məntəqələri seçicilərinin sayının təmsilçilik normasına uyğunlaşdırılması, seçicilərin və digər seçki subyektlərinin hüquqlarının həyata keçirilməsinə daha səmərəli və rahat şəraitin yaradılması, habelə bəzi bələdiyyələrin ərazilərinin dəyişdirilməsinə səbəb olmuş normativ hüquqi aktların qəbul edilməsi ilə əlaqədar bir sıra seçki dairələrində yenidən dəyişikliklər zərurəti yaranmışdır. Ona görə də 41 saylı Sumqayıt birinci, 44 saylı Sumqayıt-Abşeron və 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairələri ləğv olunmaqla onların bazasında yeni seçki dairələri yaradılmaqla, 42 saylı Sumqayıt ikinci, 43 saylı Sumqayıt üçüncü, 76 saylı Lənkəran-Astara, 77 saylı Astara, 109 saylı Balakən və 111 saylı Zaqatala-Balakən seçki dairələri də daxil olmaqla onların hüdudlarında, dislokasiyalarında, qrafik təsvirlərində dəyişiklik edilməli, yenidən yaradılmış seçki dairələrinin seçki komissiyalarının, habelə bu qərarın icrası ilə əlaqədar yaradılmalı olan seçki məntəqələrinin seçki komissiyalarının qısa müddət ərzində formalaşdırılması ilə bağlı müvafiq tədbirlər görülməlidir. Qeyd edilənlərlə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın müvafiq rəyi də mövcuddur. Ona görə də Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində tədbirlər görməli, dairə seçki komissiyalarının səlahiyyətinə aid olan məsələlərin qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə həll olunması işini həmin dairə seçki komissiyalarına həvalə etməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.5-ci maddəsinin tələbinə görə seçicilər barəsində məlumatlar əsasında, hər 5 ildən bir vahid seçicilər siyahısı tərtib edildikdən və seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsviri təsdiq edildikdən sonra, həmin dövr ərzində Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.3-cü və 46-cı maddələrinin tələbləri nəzərə alınmaqla seçki dairələrinin sxemi və onun qrafik təsviri yenidən təsdiq edilə bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.1-ci, 35.2-ci və 35.3-cü maddələrinin tələblərinə əsasən seçki dairələri Mərkəzi Seçki Komissiyası tərəfindən həmin Məcəllənin 29-cu və digər müvafiq maddələrinin tələbləri nəzərə alınmaqla, seçki məntəqələri isə dairə seçki komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumları ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şəraitin münasibliyi, seçki dairələrinin sərhədlərinin pozulmasının yolverilməzliyi və seçicilərin sayının qanunvericiliklə müəyyən olunmuş normalara uyğunluğuna dair tələblərə əməl edilməklə yaradılır.
Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.4-cü, 29-cu və 35-ci maddələrinə uyğun olaraq qərara alır:
1.Yenidən yaratma və dəyişikliklər etmə yolu ilə aşağıdakı seçki dairələrinin hüdudlarında, dislokasiyalarında, sxemlərində və qrafik təsvirlərində müvafiq dəyişikliklər edilsin:
1.1.Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.7.2-29.7.5-ci maddələri əsasında müəyyən edilmiş hallar dəyişdirilmədən 41 saylı Sumqayıt birinci seçki dairəsi ləğv edilərək onun bazasında 44 saylı Sumqayıt-Xızı seçki dairəsi, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi ləğv edilərək onun bazasında 41 saylı Sumqayıt birinci seçki dairəsi, 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi ləğv edilərək onun bazasında mərkəzi Abşeron rayonunda yerləşməklə 50 saylı Abşeron-Qobustan seçki dairəsi yaradılsın.
1.2.Mövcud olmuş 41 saylı Sumqayıt birinci seçki dairəsinin dislokasiyasına aid olan 1, 2, 3, 4, 5, 6, 7, 8, 14, 28, 29, 30, 31, 32, 33, 34, 36, 37, 38, 39 saylı seçki məntəqələrinin (cəmi 20850 seçici qeydə alınmış 20 seçki məntəqəsi) əraziləri tam şəkildə 42 saylı Sumqayıt ikinci seçki dairəsinin hüdudlarına daxil edilsin.
1.3.42 saylı Sumqayıt ikinci seçki dairəsinin dislokasiyasına aid olan 4, 5, 6, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36 saylı seçki məntəqələrinin (cəmi 21145 seçici qeydə alınmış 18 seçki məntəqəsi) əraziləri tam şəkildə 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin hüdudlarına daxil edilsin.
1.4.43 saylı Sumqayıt üçüncü seçki dairəsinin dislokasiyasına aid olan 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 27, 28, 29, 30, 31, 32, 33 saylı seçki məntəqələrinin (cəmi 21803 seçici qeydə alınmış 17 seçki məntəqəsi) əraziləri tam şəkildə yeni yaradılmış 41 saylı Sumqayıt birinci seçki dairəsinin hüdudlarına daxil edilsin.
1.5.Mövcud olmuş 44 saylı Sumqayıt-Abşeron seçki dairəsinin dislokasiyasında Abşeron rayonuna aid Saray bələdiyyəsi (23, 24, 25, 26, 37 saylı seçki məntəqələri), Novxanı bələdiyyəsi (27, 28, 38 saylı seçki məntəqələri) və Ceyranbatan bələdiyyəsinin (31, 32, 33 saylı seçki məntəqələri) (cəmi 3 Bələdiyyə, 13343 seçici qeydə alınmış 11 seçki məntəqəsi) əraziləri tam şəkildə yeni yaradılmış 50 saylı Abşeron-Qobustan seçki dairəsinin hüdudlarına daxil edilsin.
1.6.Mövcud olmuş 44 saylı Sumqayıt-Abşeron seçki dairəsinin dislokasiyasında Abşeron rayonuna aid olan Masazır bələdiyyəsi (17, 18, 19, 36 saylı seçki məntəqələri), Fatmayı bələdiyyəsi (20, 21 saylı seçki məntəqələri), Görədil bələdiyyəsi (22 saylı seçki məntəqəsi), Digah bələdiyyəsi (29,30 saylı seçki məntəqələri), Məmmədli bələdiyyəsinin (34,35 saylı seçki məntəqələri) (cəmi 5 bələdiyyə, 14371 seçici qeydə alınmış 11 seçki məntəqəsi) əraziləri tam şəkildə 45 saylı Abşeron seçki dairəsinin hüdudlarına daxil edilsin.
1.7.45 saylı Abşeron seçki dairəsinin dislokasiyasında Abşeron rayonuna aid olan Hökməli bələdiyyəsi (20, 21, 22 saylı seçki məntəqələri), Qobu bələdiyyəsi (23, 24, 25 saylı seçki məntəqələri), Güzdək bələdiyyəsi (26 saylı seçki məntəqəsi), Aşağı Güzdək bələdiyyəsi (31 saylı seçki məntəqəsi), Pirəkəşkül-Qobustan bələdiyyəsinin (32, 33, 36, 37 saylı seçki məntəqələri) (cəmi 5 bələdiyyə, 13559 seçici qeydə alınmış 12 seçki məntəqəsi) əraziləri tam şəkildə yeni yaradılmış 50 saylı Abşeron-Qobustan seçki dairəsinin hüdudlarına daxil edilsin.
1.8.Mövcud olmuş 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsinin dislokasiyasında Xızı rayonuna aid olan Xızı bələdiyyəsi (29 saylı seçki məntəqəsi), Altıağac bələdiyyəsi (30 saylı seçki məntəqəsi), Baxışlı bələdiyyəsi (31 saylı seçki məntəqəsi), Xələnc-Fındığan bələdiyyəsi (32, 33 saylı seçki məntəqələri), Tıxlı bələdiyyəsi (34 saylı seçki məntəqəsi), Qarabulaq bələdiyyəsi (35 saylı seçki məntəqəsi), Giləzi bələdiyyəsi (36, 42, 52 saylı seçki məntəqələri), Sitalçay bələdiyyəsi (37 saylı seçki məntəqəsi), Şurabad bələdiyyəsi (38 saylı seçki məntəqəsi), Yeni Yaşma bələdiyyəsi (39, 51 saylı seçki məntəqələri), Ağdərə bələdiyyəsi (40 saylı seçki məntəqəsi), Məşədi Həsən bələdiyyəsi (41 saylı seçki məntəqəsi), (cəmi 12 bələdiyyə, 9289 seçici qeydə alınmış 16 seçki məntəqəsi) və Sumqayıta aid Hacı Zeynalabdin bələdiyyəsinin (43, 44, 45, 46, 47, 48, 49, 50, 53, 54 saylı seçki məntəqələri) (cəmi 1 bələdiyyə, 10 məntəqə, 13707 seçici) əraziləri tam şəkildə yeni yaradılmış 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin hüdudlarına daxil edilsin.
1.9.77 saylı Astara seçki dairəsinin dislokasiyasına aid olan 1897 seçici qeydə alınmış 34 və 35 saylı seçki məntəqələrinin əraziləri (ləğv edilmiş Maşxan bələdiyyəsinin əraziləri) 76 saylı Lənkəran-Astara seçki dairəsinin dislokasiyasına aid olan Təngərüd bələdiyyəsinin bir hissəsi kimi həmin dairənin hüdudlarına daxil edilsin.
1.10.109 saylı Balakən seçki dairəsinin dislokasiyasına aid olan 925 seçici qeydə alınmış 6 saylı seçki məntəqəsinin əraziləri (ləğv edilmiş Qasbinə bələdiyyəsinin əraziləri) 111 saylı Zaqatala-Balakən seçki dairəsinin dislokasiyasına aid olan Mahamalar bələdiyyəsinin bir hissəsi kimi həmin dairənin hüdudlarına daxil edilsin.
2.9 saylı Binəqədi ikinci, 11 saylı Qaradağ, 13 saylı Xəzər-Pirallahı, 14 saylı Xəzər, 18 saylı Nərimanov-Nizami, 19 saylı Nərimanov birinci, 24 saylı Nizami birinci, 26 saylı Sabunçu birinci, 27 saylı Sabunçu ikinci, 28 saylı Sabunçu üçüncü, 31 saylı Suraxanı ikinci, 32 saylı Suraxanı üçüncü, 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü, 36 saylı Xətai dördüncü, 46 saylı Şirvan, 50 saylı Abşeron-Qobustan, 51 saylı Qusar, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən, 55 saylı Xaçmaz şəhər, 56 saylı Xaçmaz kənd, 59 saylı Salyan, 60 saylı Salyan-Neftçala, 61 saylı Neftçala, 62 saylı Saatlı, 63 saylı Sabirabad birinci, 66 saylı Biləsuvar, 67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad kənd, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 71 saylı Masallı kənd, 75 saylı Lənkəran-Masallı, 80 saylı İmişli-Beyləqan, 81 saylı Beyləqan, 82 saylı Ağcabədi, 83 saylı Ağcabədi-Füzuli, 84 saylı Füzuli, 86 saylı İsmayıllı, 88 saylı Göyçay, 89 saylı Göyçay-Ağdaş, 91 saylı Ucar, 95 saylı Tərtər, 96 saylı Goranboy-Naftalan, 97 saylı Goranboy-Ağdam-Tərtər,102 saylı Samux-Şəmkir, 109 saylı Balakən, 110 saylı Zaqatala, 111 saylı Zaqatala-Balakən, 112 saylı Qax, 113 saylı Şəki şəhər, 114 saylı Şəki kənd birinci, 116 saylı Qəbələ, 117 saylı Oğuz-Qəbələ, 121 saylı Laçın, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd, 125 saylı Zəngilan-Qubadlı seçki dairələrinin dislokasiyaları daxilində mövcud seçki məntəqələrinin qanunvericiliyin tələblərinə (seçicilərin sayının mövcud normalara uyğunlaşdırılması, seçki hüquqlarının həyata keçirilməsi üçün daha rahat şəraitin yaradılması və s.) uyğunlaşdırılması məqsədi ilə əlavə seçki məntəqələrinin yaradılması müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.
3.Yeni yaradılmış seçki dairələrinin və yeni yaradılmalı olan seçki məntəqələrinin seçki komissiyalarının qısa müddət ərzində formalaşdırılması üçün müvafiq tədbirlər görülsün.
4. Qərarın icrası öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən və müvafiq dairə seçki komissiyalarına həvalə edilməklə həyata keçirilsin.
5. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
14 Oktyabr 2014, 09:102 İyun 2022, 14:06
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 13 iyul tarixli 3082 nömrəli, “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli, “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” 2018-ci il 29 mart tarixli 3851 nömrəli, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 noyabr tarixli 711 nömrəli və “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 27 dekabr tarixli 852 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 İyun 2022, 14:06
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” 2016-cı il 2 mart tarixli 1843 nömrəli, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli və “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 aprel tarixli 1143 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 İyun 2022, 14:06
Azərbaycan Respublikası Prezidentinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2021-ci il 22 fevral tarixli 2517 nömrəli, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2021-ci il 30 mart tarixli 2552 nömrəli, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2021-ci il 30 mart tarixli 2554 nömrəli, “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” 2021-ci il 19 aprel tarixli 2584 nömrəli və “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 2021-ci il 4 may tarixli 2622 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 İyun 2022, 15:06
Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 İyun 2022, 15:06
Azərbaycan Respublikası mülki aviasiya işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 İyun 2022, 15:06
Azərbaycan Respublikasının mülki aviasiya işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 İyun 2022, 13:06
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş birləşmiş millətlər təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” 2000-ci il 20 may tarixli 423 nömrəli, “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli, “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyası və Dövlət Proqramının hazırlanması haqqında” 2006-cı il 6 mart tarixli 1348 nömrəli, “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” 2006-cı il 16 oktyabr tarixli 1737 nömrəli, “Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli, “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında” 2007-ci il 28 fevral tarixli 2006 nömrəli və “Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” 2007-ci il 6 mart tarixli 2015 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 İyun 2022, 13:06
Azərbaycan Respublikası Prezidentinin “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin nəqliyyatda cinayətkarlıqla mübarizədə əməkdaşlığı haqqında” Saziş üzrə səlahiyyətli orqanların müəyyən edilməsi barədə” 2007-ci il 17 sentyabr tarixli 2391 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2007-ci il 28 sentyabr tarixli 2413 nömrəli, “2007-ci il avqustun 28-də Lyublyana şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2007-ci il 12 noyabr tarixli 2497 nömrəli, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli, “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2009-cu il 10 avqust tarixli 437 nömrəli və “2009-cu il sentyabrın 23-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 30 oktyabr tarixli 557 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 İyun 2022, 13:06
Azərbaycan Respublikası Prezidentinin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 23 fevral tarixli 66 nömrəli, “Azərbaycan Respublikasının Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında elektron rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2015-ci il 22 may tarixli 524 nömrəli, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 20 aprel tarixli 866 nömrəli, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Fransa Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi arasında innovasiya, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2017-ci il 5 aprel tarixli 1327 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 İyun 2022, 13:06
Azərbaycan Respublikası Prezidentinin “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 3 iyun tarixli 248 nömrəli, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 9 avqust tarixli 277 nömrəli, “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 30 avqust tarixli 284 nömrəli, “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 16 noyabr tarixli 312 nömrəli, “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2005-ci il 26 dekabr tarixli 341 nömrəli və “Fövqəladə hallarda, fövqəladə və ya hərbi vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı”nın təsdiq edilməsi haqqında” 2006-cı il 7 iyun tarixli 417 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...