Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mübariz Qəhrəman oğlu Qurbanlının səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mübariz Qəhrəman oğlu Qurbanlı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə görə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda o, deputat mandatından məhrum edilir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 175.3-cü maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndində göstərilən əsaslar olduqda, deputatın mandatından məhrum edilməsi haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir.
Beləliklə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mübariz Qəhrəman oğlu Qurbanlının deputat səlahiyyətlərinə xitam verilməsi üçün əsaslar yaranmışdır.
Eyni zamanda Milli Məclisin deputatı Mübariz Qəhrəman oğlu Qurbanlı 29 avqust 2014-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək ölkə Prezidentinin 21 iyul 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilməsini xahiş etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.14-cü, 28.2-ci, 28.4-cü, 175.3-cü və 176.3-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mübariz Qəhrəman oğlu Qurbanlının deputat səlahiyyətlərinə xitam verilsin.
2. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
14 Oktyabr 2014, 09:10
20 Noyabr 2017, 09:11
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında ətraflı...
20 Noyabr 2017, 09:11
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
20 Noyabr 2017, 09:11
“Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında ətraflı...
20 Noyabr 2017, 09:11
“Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında ətraflı...
20 Noyabr 2017, 09:11
“Əməkdar müəllim” fəxri adının verilməsi haqqında ətraflı...
17 Noyabr 2017, 09:11
Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında ətraflı...
17 Noyabr 2017, 09:11
Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
17 Noyabr 2017, 09:11
Ə.T.Əmiraslanovun “Şərəf”ordeni ilə təltif edilməsi haqqında ətraflı...
16 Noyabr 2017, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
16 Noyabr 2017, 09:11
Azərbaycanda seçkilərin tarixi toplusunun hazırlanması, nəşri və ictimailəşdirilməsi barədə ətraflı...