Cari ildə keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri iləəlaqədar dairə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün maarifləndirmə tədbirlərinin təşkilinə dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçki sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar, habelə digər seçki subyektlərinin maarifləndirilməsi üçün bu qəbildən olan çoxsaylı tədbirlər təşkil etmişdir.
“Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissədə icrası ilə əlaqədar qarşıdan gələn bələdiyyə seçkiləri öncəsi dairə seçki komissiyalarının bütün üzvləri, habelə məntəqə seçki komissiyalarının sədrləri üçün yeni maarifləndirmə tədbirlərinin təşkil edilməsinə dair hazırlıq işləri başa çatmışdır.
Maarifləndirmə materiallarının həcminə və kursların keçirilmə müddətinə uyğun olaraq tədris proqramları və cədvəlləri hazırlanmış, dairə seçki komissiyalarının sədrləri üçün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının inzibati binasında 1 günlük müşavirənin, habelə bir sıra dairə seçki komissiyaları ilə təcrübə mübadiləsinin təşkili, dairə seçki komissiyalarının digər üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün isə 3 günlük regional kursların keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Keçiriləcək tədbirlərin səmərəliliyinin artırılması məqsədilə Mərkəzi Seçki Komissiyası üzvlərinin, Katiblik əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələrinin də bu prosesə cəlb edilməsi nəzərdə tutulmuşdur.
Qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1.Tərtib edilmiş tədbirlər planına və tədris proqramlarına uyğun olaraq cari ildə keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri ilə əlaqədar aşağıdakı maarifləndirmə tədbirləri keçirilsin:
1.1Dairə seçki komissiyalarının sədrləri üçün 1 günlük müşavirə (2014-cü il oktyabrın 17-də Bakı şəhərində, Mərkəzi Seçki Komissiyasının inzibati binasında) və bəzi dairə seçki komissiyalarının təcrübəsinin öyrənilməsi məqsədilə təcrübə mübadiləsi (2014-cü il oktyabrın 18-də Bakı şəhərində, müvafiq dairə seçki komissiyalarının inzibati binalarında).
1.2Dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar (2014-cü il 22-24 oktyabr, müvafiq dairə seçki komissiyalarının inzibati binalarında).
2.Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları öz səlahiyyətləri daxilində bu qərarın icrası ilə əlaqədar müvafiq tədbirlər görsün.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
14 Oktyabr 2014, 09:10
15 Dekabr 2017, 10:12
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 902-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
15 Dekabr 2017, 10:12
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
15 Dekabr 2017, 10:12
“Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 910-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
15 Dekabr 2017, 10:12
“Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
15 Dekabr 2017, 10:12
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 913-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
15 Dekabr 2017, 10:12
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
15 Dekabr 2017, 10:12
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 911-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
15 Dekabr 2017, 10:12
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
15 Dekabr 2017, 09:12
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 835-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
15 Dekabr 2017, 09:12
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...