“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №12, maddə 740; 2002, №12, maddə 706; 2003, №1, maddə 23, №8, maddə 428, №12, I kitab, maddələr 676, 698; 2005, №1, maddə 1, №6, maddə 462, №8, maddə 684, №10, maddələr 873, 905, №12, maddə 1083; 2006, №3, maddələr 223, 225, №6, maddə 481, №12, maddələr 1015, 1029; 2007, №2, maddə 80, №12, maddə 1203; 2008, №3, maddə 158, №6, maddə 462, №7, maddə 602, №12, maddə 1047; 2009, №1, maddə 5, №2, maddə 56, №3, maddə 160, №7, maddə 519, №12, maddə 947; 2010, №4, maddə 276, №6, maddə 485, №10, maddə 840, №11, maddə 939; 2011, №1, maddə 12, №4, maddələr 245, 264, №11, maddə 985, №12, maddə 1100; 2012, №1, maddə 4, №6, maddələr 508, 518, №7, maddə 646, №10, maddə 947, №12, maddələr 1216, 1227 və 1229; 2013, №3, maddə 213, №5, maddə 474; Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 763-IVQD, 784-IVQD və 786-IVQD nömrəli qanunları) 4.1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. İkinci və dördüncü bəndlərdə “ASAN xidmət” mərkəzlərində” sözləri “müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlarda” sözləri ilə əvəz edilsin.
2. Üçüncü bənddə “ASAN xidmət” mərkəzlərində” sözləri “müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlarda” sözləri ilə, “mərkəzlərdə” sözü isə “qurumlarda” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
21 Yanvar 2014, 09:0122 Avqust 2017, 09:08
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 206 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
22 Avqust 2017, 09:08
Ə.Ə.Ələkbərovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında ətraflı...
22 Avqust 2017, 09:08
Samux rayonunda çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında ətraflı...
22 Avqust 2017, 09:08
Göygöl şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
22 Avqust 2017, 09:08
V.F.Hacıyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
21 Avqust 2017, 10:08
Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
21 Avqust 2017, 10:08
Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
17 Avqust 2017, 09:08
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında ətraflı...
17 Avqust 2017, 09:08
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında ətraflı...
17 Avqust 2017, 09:08
Bakı şəhəri Binəqədi rayonunun Binəqədi, Abşeron rayonunun Mehdiabad və Novxanı qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...