Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 325

Bakı şəhəri, 8 oktyabr 2014-cü il

Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‟Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə"nin 5.8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Energetika Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

 

Kollegiyanın sədri

 

Əliyev Natiq Ağaəmi oğlu

- Azərbaycan Respublikasının energetika naziri

                                            

Kollegiyanın üzvləri:

 

Cavadov Gülməmməd Süleyman oğlu

- Azərbaycan Respublikası energetika nazirinin müavini

Abbasov Natiq Balaş oğlu

- Azərbaycan Respublikası energetika nazirinin müavini

Hüseynov İftixar Hüseyn oğlu

- Azərbaycan Respublikası Energetika Nazirliyinin Aparatının rəhbəri

Ağayev İbrahim Hümbət oğlu

- Azərbaycan Respublikası Energetika Nazirliyinin hüquqi münasibətlər şöbəsinin müdiri

Məmmədov Məhəbbət Aşır oğlu

- Azərbaycan Respublikası Energetika Nazirliyinin dövlət proqramlarının hazırlanması və icrasına nəzarət şöbəsinin müdiri

Məsimova Xalidə Məhəmməd qızı

 

- Azərbaycan Respublikası Energetika Nazirliyinin enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri şöbəsinin müdiri

Məmmədov Pərviz Həsən oğlu

- Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin rəisi

Zeynalov Asif Əli oğlu

- Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

9 Oktyabr 2014, 15:10

http://cabmin.gov.az/

7011—7020 / 10511

18 Aprel 2016, 09:04

“Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərin hazırlanıb keçirilməsi üçün əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsi barədə   ətraflı...

18 Aprel 2016, 09:04

Arifə Ağaverdi qızı Muxtarovanın Mərkəzi Seçki Komissiyasının katibi seçilməsi barədə   ətraflı...

18 Aprel 2016, 09:04

Mikayıl Rəhman oğlu Rəhimovun Mərkəzi Seçki Komissiyasının katibi seçilməsi barədə   ətraflı...

18 Aprel 2016, 09:04

Natiq Seyfulla oğlu Məmmədovun Mərkəzi Seçki Komissiyası sədrinin müavini seçilməsi barədə   ətraflı...

18 Aprel 2016, 09:04

Məzahir Məhəmməd oğlu Pənahovun Mərkəzi Seçki Komissiyasının sədri seçilməsi barədə   ətraflı...

18 Aprel 2016, 09:04

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında   ətraflı...

13 Aprel 2016, 09:04

90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin təyin edilməsi haqqında   ətraflı...

13 Aprel 2016, 09:04

S.R.Nuriyevin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edilməsi haqqında   ətraflı...

13 Aprel 2016, 09:04

S.R.Nuriyevin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

13 Aprel 2016, 09:04

M.M.Abbaszadənin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilməsi haqqında   ətraflı...